Alternative content

09:42 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Doqquzillik təhsil bazasında kolleclərə qəbul üçün qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentlərinin nəzərinə!
Doqquzillik təhsil bazasında kolleclərə qəbul üçün qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentlərinin nəzərinə!
ANA SƏHİFƏ / Təhsil
05:08 28.08.2018

Ümumtəhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olunmaq üçün qeydiyyatdan keçməyən Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək və iyulun 6-dan avqustun 6-dək aparılıb. Bu müddətdə qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün tələb edilən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 28-dən sentyabrın 3-dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Abituriyentlər “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqlədikdən sonra ixtisas seçimi etmək üçün www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin boş qalan yerlərinin ixtisas seçiminə ümumi balı (hər iki mərhələ üzrə) 40‑dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Boş qalan yerlərin ixtisas seçimi avqustun 28-dən sentyabrın 3-dək aparılacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM