Alternative content

23:17 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazlı sular diş minasını zədələyir
Qazlı sular diş minasını zədələyir
ANA SƏHİFƏ / Səhiyyə
05:08 28.08.2018

Qazlı suların insult riski yaratdığı barədə alimlər “həyəcan təbili” çalırlar. Onların bildirdiyinə görə, indiyədək həmin suların orqanizmə zərərli təsiri müəyyən edilsə də, qan təzyiqinə göstərdiyi təsir ilk dəfə araşdırılıb.

AZƏRTAC xəbər verir ki, aparılan tədqiqatlara əsasən şəkərli və qazlı su içməyi azaldan insanların qan təzyiqi stabilləşib.

Karbonatlı içkilərin insultdan əlavə orqanizmə vurduğu digər zərərli təsirlər də var. Qabarması, turş xassəli olması və xüsusi dad vermək məqsədilə qazlı sulara əlavə edilən nitrat turşusu dişlər üçün çox təhlükəlidir. Həmin turşu diş minasının tərkibindəki kalsiumla birləşərək aşınmaya səbəb olur.