Alternative content

13:03 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 28.08.2018

Avqustun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərlə görüşüb.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri iştirak ediblər.

Məcburi köçkünlər komitə nümayəndələrinə mənzil, kommunal xidmətlər, status, işəgötürmə ilə bağlı müraciət ediblər.

Məlumat verilib ki, məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramı uğurla icra edilir.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM