Alternative content

07:02 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsində
Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsində
ANA SƏHİFƏ / İDMAN
04:08 28.08.2018

Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə yürüş edib. İran İslam Respublikasının Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, avqustun 25-də Bakıdan start götürən yürüşə Cənubi Azərbaycandan olan dağçılar da qoşulub.

Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar.

Qeyd edək ki, alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər.