Alternative content

22:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yuxusuzluq orqanizmdə ciddi problemlər yaradır
Yuxusuzluq orqanizmdə ciddi problemlər yaradır
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:08 28.08.2018

Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir. Alimlər yuxudan doymayan adamın bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejiminin pozulmasından yaranan daimi yorğunluq isə çox vaxt adi hal alır. Daha çox iş adamları, tələbələr, kompüterlə məşğul olanlar yuxu problemləri ilə üzləşirlər.

AZƏRTAC xəbər verir ki, son illər ABŞ-da aparılan tədqiqatlar yuxusuzluğun diqqətsizlik və qıcıqlanma hallarından başqa daha ciddi fəsadlara səbəb olduğunu aşkar edib. Müəyyən olunub ki, yuxunun pozulması piylənməyə və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Yapon alimlərinin hesablamalarına görə, yuxusuzluq səbəbindən hər il ölkə iqtisadiyyatına çox böyük miqdarda ziyan dəyir. Bu mənada həftə ərzində gecə yuxusunu 3-4 saat azaltmaq gənc və sağlam adamların da səhhətinə təsir göstərir.

Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. Mütəxəssislərin fikrincə, yuxunu bir çox amillər poza bilər. Məsələn, günorta yuxusu insanın adi rejimini korlayır, hava qaralmadan yatağa girmək yuxunu qaçırır. Ağır şam yeməyi, yataq otağına gələn səs, işıq, günün ikinci yarısında qəhvə içmək, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bu və bir sıra digər səbəblərdən çox vaxt yuxugətirici dərmanlardan istifadə edilir ki, bu da orqanizmə zərərli təsir göstərir. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından da irəli gəlir. Ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilər.

İlk növbədə, yuxusuzluqla üzləşməmək üçün sinir sistemi normal fəaliyyət göstərməlidir. Təcrübələr göstərir ki, yatmazdan əvvəl təmiz havada gəzməyin də rahat yuxuya böyük faydası var. Bundan başqa həmişə eyni mühitdə yatmağa çalışmaq lazımdır. Təxminən iki həftədən sonra artıq bu adət halı alır.

Normal gecə yuxusu aydın və xoş səhərlər vəd edir.