28 Avqust 2018 04:08
101
CƏMİYYƏT
A- A+

Kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizə daha da gücləndirilib

Bakıda yol hərəkəti təhlükəsizliyinin daha səmərəli təşkili, qəzaların qarşısının alınması və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə yol polisi tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt ərazisində keçirilən sonuncu belə tədbir əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni “Saxla!” əmrinə tabe olmayan, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilib. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Yol polislərinin Rəsulzadə qəsəbəsi ərazisində saxladıqları sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb.

Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkarlanıb. Nəsimi rayonu ərazisində saxlanılan “Dodge” markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət olunsa da, bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razılaşan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib.

Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onların sükan arxasında daha məsuliyyətli olmalarının vacibliyi vurğulanıb.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən belə maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, cari ilin əvvəlindən avqustun 20-dək paytaxt ərazisində yol hərəkəti qaydaları pozuntularına görə inspektorlar tərəfindən 410 min inzibati protokol tərtib edilib. Bu protokollardan 7181-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216-sı avtoxuliqanlıq, 1209-u ötmə və manevr qaydalarına əməl etməyən, 19 min 327-si işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barədə tərtib olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video