28 Avqust 2018 03:08
79
SİYASƏT
A- A+

Hyustonun Azərbaycan icması yerli sinaqoqa kömək edib

İsraildə çıxan “Haaretz” qəzetində “Harvi qasırğasından bir il sonra Hyustonun yəhudi icması hələ də sarsıntı içindədir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2017-ci ildə Hyuston şəhərinin məruz qaldığı faciəli təbii fəlakətin nəticələrindən, şəhərin yəhudi icmasının üzləşdiyi çətinliklərdən və onlara kənardan göstərilən maliyyə yardımından, o cümlədən İsraildən və Hyustonun Azərbaycan icmasından daxil olmuş ianələrdən bəhs edilir. Qeyd olunur ki, Harvi qasırğası bu şəhərin yəhudi icmasının üzvlərinə məxsus 2 minə yaxın evi yerlə-yeksan edib.

Müəlliflər yazırlar ki, İsrail tarixində ilk dəfə bu dövlətin hökuməti ABŞ-dakı hər hansı icmanın üzləşdiyi fəlakətə görə ona 1 milyon dollar yardım ayırıb. Maliyyə yardımı Hyustondakı beş yəhudi təşkilatına göndərilib. Məqalədə daha sonra qeyd olunur ki, Hyustonun mühafizəkar mövqeli Bet Yeşurun sinaqoquna 2 minə yaxın üzvü olan Azərbaycan icmasından 30.000 dollar məbləğində ianə verilməsi böyük heyrət doğurub.

Məqalənin müəllifləri Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova ilə görüşüb bu sinaqoqa maliyyə yardımı barədə söhbət ediblər. İ.Axundova vurğulayıb ki, “bu sinaqoq insanlar üçün çox yaxşı işlər görüb”. O daha sonra bildirib ki, başçılıq etdiyi təşkilat gələn ilə kimi sinaqoqla birgə konsert təşkil etməyi planlaşdırır. Bu konsert sülh və həmrəylik rəmzi olacaq.

Xatırladaq ki, keçən il avqustun 26-da Hyustonu öz cənginə almış, dördüncü kateqoriyaya adi edilən Harvi tropik qasırğası 2005-ci ildə baş vermiş Katrin qasırğasından sonra Meksika körfəzində ən güclü qasırğa hesab edilir. Qasırğanı müşayiət edən leysan yağışları Texasın cənub-şərq hissəsində fəlakətli daşqınlara səbəb olub. Nəticədə minlərlə ev dağılıb, 83 nəfər həlak olub, Texas ştatının iqtisadiyyatına ciddi ziyan vurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video