Alternative content

05:44 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabunçuda məcburi köçkünlərlə görüş keçirilib
Sabunçuda məcburi köçkünlərlə görüş keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
03:08 28.08.2018

Avqustun 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Sabunçu rayonu Bakıxanov və Zabrat qəsəbələri ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Qaçqınkomdan AZƏRTAC-a bildirilib ki, Dövlət Komitəsinin sədri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, qarşılaşdıqları problem və çətinliklərlə maraqlanıb.

Görüş iştirakçılarına məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinə qayğı ilə yanaşır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu sahədə layihələrin icrasına böyük diqqət göstərir. Dövlətin məcburi köçkünlərə olan qayğısı nəticəsində hər il yeni mənzillə təmin edilən məcburi köçkünlərin sayı artır. Eyni zamanda, onların məşğulluğunun təmin edilməsi, maddi rifahının yaxşılaşdırılması üçün də layihələr həyata keçirilir.

Komitə sədri görüş iştirakçılarının müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.