Alternative content

03:10 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb
Sosial müdafiə sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 28.08.2018

Avqustun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, memorandumun məqsədi sosial müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməyinin stimullaşdırılması, sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına birgə dəstək tədbirləri və təlimlərin həyata keçirilməsidir. Bundan əlavə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının yaradılması, təkmilləşdirilməsi, “Elektron hökumət” portalı vasitəsilə inteqrasiyası, ictimaiyyətlə əlaqələr strategiyasının və hüquqi aktların hazırlanması prosesində təcrübə mübadiləsinin aparılması əməkdaşlığın əsas prinsiplərindəndir. “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması da memorandumun məqsədlərindən biridir. Həmçinin sənədə əsasən sağlamlıq imkanları məhdud gənclər əməklərinin maddi və mənəvi stimullaşdırılması məqsədilə könüllülük fəaliyyətinə cəlb olunacaq və onlar “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb ediləcəklər.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası istiqamətində aparılan işləri diqqətə çatdıraraq bildirib ki, Fərmana əsasən, nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin keyfiyyətinin müasir texnologiyalar üzərində, innovativ həllərin tətbiqi əsasında yüksəldilməsini, həmin xidmətlərin “bir pəncərə” üzrə sistemli, sadələşdirilmiş prosedurlarla şəffaf və operativ təşkilini təmin edəcək.

Nazir qeyd edib ki, bu sahədə müvafiq infrastrukturun qurulması, informasiya-kommunikasiya texnologiyaları üzrə həllərin tətbiqi, kadrların hazırlanması, hüquqi əsasların formalaşdırılması işlərində “ASAN xidmət”lə təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verilir. Onun verdiyi məlumata görə, sosial xidmət müəssisələrində yaşayan pensiyaçıların əmək bazarına qaytarılması üçün “ASAN xidmət”lə birgə “Yaşlı könüllülər” layihəsi həyata keçiriləcək. Memorandumun bu istiqamətlərdə, eləcə də müvafiq fəaliyyət sahələri üzrə könüllülük fəaliyyətinin təşkili, eləcə də bir sıra digər sahələrdə birgə və fəal əməkdaşlığa dair geniş imkanlar yaradacağı da bildirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev indiyədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayının 24 milyona çatdığını və vətəndaş məmnunluğunun 98-100 faiz arasında dəyişdiyini vurğulayıb. Memoranduma əsasən sağlamlıq imkanları məhdud gənclərin “ABAD” mərkəzlərinin fəaliyyətinə cəlb edilməsi, “ASAN həyat” komplekslərində əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, “ASAN Könüllülük Məktəbi” ilə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Dövlət Agentliyinin sədri, həmçinin sosial xidmət müəssisələrində yaşayanların əmək bazarına qaytarılması, onların əməyinin stimullaşdırılması və digər sahələrdə əməkdaşlığın vacibliyini xüsusi qeyd edib.

Ü.Mehdiyev sağlamlıq imkanları məhdud gənclərin könüllülük fəaliyyətində iştirakına şərait yaradılmasının da birgə əməkdaşlığın əsas istiqamətlərindən olacağını qeyd edib.

Memorandumu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.