Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropa çempionatında uğurla çıxış edən paralimpiyaçı atletlərimiz vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən paralimpiyaçı atletlərimiz vətənə qayıdıblar
ANA SƏHİFƏ / İDMAN
11:08 28.08.2018

Almaniyada keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) atletika idman növü üzrə milli komandası vətənə qayıdıb.

ARMPK-dən AZƏRTAC-a bildiriblər ki, komandamız Berlindəki yarışa dörd atletlə qatılıb.

Millimizin üzvlərindən Oloxan Musayev və Samir Nəbiyev qitə çempionatında yığmamızın aktivinə iki gümüş medal yazdırıblar.