Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:48 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yay düşərgəsində 37 xarici ölkədən 140 gənc həmyerlimiz iştirak edib
Yay düşərgəsində 37 xarici ölkədən 140 gənc həmyerlimiz iştirak edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 28.08.2018

 

Qədim Şəki yenə qapılarını qonaqlarının üzünə taybatay açıb. Budəfəki qonaqlar dünyanın ayrı-ayrı guşələrində məskunlaşan gənc həmvətənlərimizdir. 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan bu tədbirdə 37 xarici ölkədən 140 gənc iştirak edir. İştirakçıların bir qismi Azərbaycana ilk dəfədir gəlir. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondudur.
Şəkinin Marxal Resort&Spa İstirahət mərkəzinin “Yaşıl teatr”ında baş tutan görüşdən əvvəl düşərgə iştirakçıları ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət etdilər.
Millət vəkilləri və ictimai təşkilatların təmsilçilərinin iştirak etdikləri bu mötəbər tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Yusubov qonaqları salamlayaraq Şəki şəhəri haqqında məlumat verdi, şəhərdə yerləşən tarixi abidələrin əhəmiyyətindən söz açdı, rayonda aparılan quruculuq işlərindən danışdı.
Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkə rəhbərinin gənclər siyasətindən danışaraq ulu öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” sözlərinin bu gün reallığa çevrildiyini vurğuladı. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət, yaradılan şərait barədə danışdı. Komitə sədri Heydər Əliyev Fondunun, xüsusilə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rol oynadığını bildirdi.
Gənclər və idman naziri Azad Rəhimov Yay Düşərgəsinin əhəmiyyətini xüsusi qeyd edərək xatırlatdı ki, Azərbaycanın ilk diaspor nümayəndələri cümhuriyyət dövrünün xadimləri olub. O, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahədəki xidmətlərindən geniş söhbət açdı.
Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizdə bir araya toplanmasını yüksək dəyərləndirdi. Azərbaycanın dünya dövlətləri içərisində xüsusi yeri olduğunu vurğuladı və diasporumuzun müasir gənclərlə daha da güclənəcəyinə inandığını bildirdi.
AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı Yaqub Mahmudov bu tədbirin Diaspor Komitəsinin fəaliyyətində yeni bir mərhələnin başlanğıc olduğunu bildirdi. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Azərbaycan Prezidentinin imzaladığı sərəncamlardan söz açıb, gəncləri tariximizi yaşatmağa səslədi.
Düşərgənin ikinci günü bütünlüklə vətənpərvərlik mövzusuna həsr edildi. Günün birinci yarısında Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək düşərgənin proqramı haqqında geniş məlumat verdi. O, eyni zamanda, bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğal günü olduğunu vurğuladı. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aprel döyüşlərinin qəhrəmanları - baş gizirlər Elşən Əzimov, Əhliyyət Mehdiyev və kapitan Hikmət Məmmədovun diaspor gəncləri ilə görüşü oldu. Onlar Aprel döyüşlərinin miqyası, Lələtəpə yüksəkliyinin azad olunması, ordumuzun gücü barədə məlumat verdilər.
Gənclər Xalq Cümhuriyyətinin tarixini, müasir Azərbaycanın bu gününü, Mübariz İbrahimov kimi qəhrəmanlarımızı, şəhid övladlarımızı xatırlayaraq xalqımızın müharibədə göstərdiyi rəşadətlər barədə söz açıblar. Diaspor gəncləri özlərini rəmzi olaraq “Diaspor qaziləri” adlandırıblar.
Xaricdə azərbaycanlıların görəcəyi işlər, qəhrəmanlarımızın tanıdılması imkanları barədə geniş fikir mübadiləsi aparıldı. Diaspor gəncləri bildirdilər ki, bəzən xarici telekanallar Azərbaycan həqiqətlərini təhrif edərək dünya ictimaiyyətini çaşdırır. Bunun qarşısını almaq üçün əlimizdən gələni edir, etirazımızı bildiririk.
Diaspor Gənclərinin I Yay Düşərgəsində gündəlik maraqlı panellər təşkil edilib. “Ölkəmizin siyasi inkişafı və azərbaycanlı gənclərin bu prosesdə rolu” mövzusunda keçirilən paneldə deputatlar Fəttah Heydərov, Ülvi Quliyev, Tahir Mirkişili, Şahin İsmayılov çıxış etdilər. Çıxışlarda Strateji Yol Xəritəsi, gənclər siyasəti, respublika Prezidenti İlham Əliyevin ölkənin inkişafı üçün gördüyü işlər barədə geniş məlumat verildi.
Düşərgəyə qatılan azərbaycanlı gənclər Şəki Xan Sarayı, Karvansaray və digər tarixi yerlərə gedib, bu abidə və məkanlar haqqında geniş məlumat əldə ediblər. Şəki şəhərinin tarixi, mədəni müxtəlifliyi düşərgə iştirakçılarının böyük marağına səbəb olub.
Düşərgə iştirakçılarından tədbirlə bağlı təəssüratlarını öyrəndik. Belarus Respublikasından gələn Vüsal Qarayev dedi: “Bu tədbirdə biz gənclər böyük təcrübə qazandıq. Artıq nə etməli olduğumuzu yaxşı bilirik”.
Malayziyadan Səid Cəfərli: “Belə bir düşərgənin təşkilini alqışlayır və Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Malayziyada diaspor fəaliyyəti bir o qədər də güclü qurulmayıb. Buradakı gənclərin təcrübəsindən yararlandıq. İnanıram ki, qazanılan təcrübə Malayziyada diaspor fəaliyyətini gücləndirmək niyyətimizi gerçəkləşdirəcək”.
Xocalı sakini Əfsanə Ələkbərova: “Bu gün gənclərlə çox gözəl görüşümüz oldu. Xocalı faciəsini onlara bir daha anlatdıq. Onlar bizimlə görüşdən razı qaldılar”.
Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev isə dedi: “Gənclərimizə Azərbaycan Ordusunun qüdrətindən, yaxın tariximizdə baş verən Aprel döyüşlərindən, həmin döyüşlərin Azərbaycan dövləti üçün önəmindən bəhs etdik”.

Əli SƏLİMOV,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM