Alternative content

17:52 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti növbəti məşğələ və təlimlərə cəlb olunub
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti növbəti məşğələ və təlimlərə cəlb olunub
ANA SƏHİFƏ / SİYASƏT
09:08 27.08.2018

Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə, hissə və bölmələrdə döyüş hazırlığı planına uyğun olaraq praktiki məşğələlər və növbəti komanda-qərargah təlimi keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində icrası həyata keçiriləcək.

Aviasiya bölmələrində keçirilən təlim-məşq uçuşları zamanı SU-25 hücum təyyarələri və Mİ-35 döyüş helikopterləri ilə yer hədəflərinə müxtəlif döyüş manevrlərindən hücum məşq etdirilib.

Tank bölmələri ilə kompleks məşğələlərdə tankçılarımızın sürücülük və atəş bacarıqları yoxlanılaraq qiymətləndirilib. Tankçıların Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda virtual olaraq mənimsədikləri vərdişlər, səhra şəraitində təşkil olunan praktiki məşğələlərdə daha da təkmilləşdirilib.