Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

19:26 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Quido Ambroso: Məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün Azərbaycan hökuməti ilə təşviqat işini davam etdirəcəyik
Quido Ambroso: Məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün Azərbaycan hökuməti ilə təşviqat işini davam etdirəcəyik
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 27.08.2018


BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi laçınlı məcburi köçkünlərlə görüşüb

 

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, hüquq şöbəsinin müdiri Oktavian Mohorea avqustun 27-də Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevin müşayiəti ilə əvvəlcə Laçın Rayon İcra Hakimiyyətində olan qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların həyat şəraiti ilə bağlı məlumat verilib. Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev bildirib ki, 1992-ci ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 267 nəfər sakin, o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb, yüzlərlə uşaq yetim qalıb. Rayonun bütün yaşayış məntəqələri ermənilər tərəfindən yandırılaraq məhv edilib, qədim tarix və mədəniyyət abidələri vandalizmə məruz qalıb. İşğal nəticəsində rayona 7,1 milyard ABŞ dolları məbləğində ziyan vurulub.

Diqqətə çatdırılıb ki, Laçın rayonunun 77 min nəfərdən çox sakini 26 ildir respublikanın 58 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində məcburi köçkün həyatı yaşayır. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq məcburi köçkünlər üçün ölkənin müxtəlif ərazilərində qəsəbələr, yaşayış massivləri inşa olunub. Digər məcburi köçkünlər kimi Laçın rayonundan olan köçkünlər də bu qəsəbələrdə evlə təmin ediliblər.

Laçın rayonunun icra strukturlarının fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü ərazisində bütün infrastruktura malik 610 ailəlik üç qəsəbə salınıb. Ərazidə 1500 ailəlik daha bir qəsəbənin tikintisi nəzərdə tutulur. Laçınlı məcburi köçkünlər dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunsalar da, onların ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə təşəkkür edib. 1995-1997-ci illərdə BMT-nin qaçqınlar üzrə ali komissarının əməkdaşı kimi Azərbaycanda çalışdığını xatırladan Q.Ambroso o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu deyib. “Həmin dövrdə BMT-nin qaçqınlar üzrə ali komissarlığının əsas diqqət mərkəzində olan məsələ Azərbaycan hökuməti ilə birlikdə məcburi köçkünlərə fövqəladə yardım etmək idi. Həmin insanların düşdükləri vəziyyətdən xilas olmaları üçün onların mənzil vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qəsəbələr salınıb. Daha sonra Azərbaycanın maliyyə vəziyyəti yaxşılaşdı, iqtisadi imkanları genişləndi və məcburi köçkünlərlə bağlı məsuliyyəti Azərbaycan hökuməti öz üzərinə götürdü. Lakin biz Azərbaycandakı məcburi köçkünləri heç vaxt unutmadıq. Öz doğma torpaqlarına qayıdanadək onların yanında olacağıq. Biz məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün Azərbaycan hökuməti ilə təşviqat işini davam etdirəcəyik”, - deyə Quido Ambroso bildirib.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso sonra Taxtakörpü ərazisindəki Fingə obasında məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb. Görüş zamanı məcburi köçkünlər dövlət səviyyəsində onlara göstərilən qayğıdan razılıqlarını bildirsələr də, ata-baba yurdlarını heç zaman unutmadıqlarını, Laçına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyiblər.

Məcburi köçkün Osman Həsənov qonaqlardan Azərbaycanın haqq səsini beynəlxalq səviyyədə müdafiə etməyi xahiş edib. O, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnaməsinin uzun illərdir hələ də kağız üzərində qalmasından narazılığını bildirərək, beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən ədalət istədiklərini diqqətə çatdırıb.

Məcburi köçkünlər qarşısında çıxış edən Q.Ambroso 1990-cı illərdə Azərbaycanın iqtisadi vəziyyətinin ağır olduğu vaxtlarda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məcburi köçkünlər üçün gördüyü işləri xatırladıb. O, hazırda Qaçqınlar üzrə Ali Komissarlığın Azərbaycandakı məcburi köçkünlərlə bağlı fəaliyyətinin daraldığını, lakin onların yaddan çıxmadığını deyib. Q.Ambroso bütün məcburi köçkünlərin öz doğma torpaqlarına dönəcəklərinə ümidvar olduğunu bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM