Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:12 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya Kansleri Cənubi Qafqazda: Merkelin səfərinin geosiyasi çalarları
Almaniya Kansleri Cənubi Qafqazda: Merkelin səfərinin geosiyasi çalarları
ANA SƏHİFƏ / SİYASƏT
09:08 27.08.2018

 

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin Cənubi Qafqazın hər üç ölkəsinə səfərini ekspertlər fərqli aspektlərdən qiymətləndirirlər. Burada əsasən təhlükəsizlik məqamına diqqət yetirilir. Lakin A.Merkelin Azərbaycan, Ermənistan və Gürcüstanda fərqli məsələləri müzakirə etdiyi də vurğulanır. Buna baxmayaraq, Almaniyanın "dəmir ledi"sinin bu ölkələrə yanaşmasında ortaq bir məqam da var. Kansler hər üç dövlətə ənənəvi "eyni qəlib" çərçivəsində yanaşdığını nümayiş etdirdi. Təəssüf ki, təcavüzkarla onun qurbanına yenə də eyni qəlibdə baxıldı. Lakin indi vəziyyət öncəki dövrlərdən xeyli fərqlənir. Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır, Ermənistan isə geosiyasi və iqtisadi ziddiyyətlərin içində çapalayır. Bütün bunların fonunda A.Merkelin regiona səfərinin bir sıra geosiyasi və təhlükəsizlik aspektləri üzərində dayanmaq maraqlı olardı.

 

Berlin üçün həssas olan məsələ: "Böyük Qara dəniz" regionunun təhlükəsizliyi

 

Almaniyanın Federal Kanslerinin Cənubi Qafqaz turnesinə marağın böyük olması gözlənilən idi. Bu səfər öncədən planlaşdırıldığından, onun bir sıra aktual geosiyasi proseslərlə eyni vaxta düşməsini təsadüfi saymaq olar. Lakin yekunda ümumi geosiyasi mənzərə son dərəcə maraqlı oldu. Qlobal səviyyədə Amerika lideri Donald Trampın atdığı qeyri-adi addımlar sayəsində anlaşılmazlıqlar meydana çıxıb. O cümlədən ABŞ-Almaniya və ABŞ-Rusiya münasibətləri xeyli kəskinləşib. Ermənistanda siyasi imici ciddi şübhə doğuran Nikol Paşinyan hakimiyyətə gəlib. Gürcüstan xarici siyasətində ifrat Qərb yönümünə Rusiyaya müəyyən reveranslar hesabına düzəlişlər etməyə çalışır (etiraf edək ki, hələlik bu, bütövlükdə uğursuzdur). Azərbaycan isə müstəqil xarici siyasətini və faydalı enerji siyasətini inamla davam etdirir. Rəsmi Bakı Cənubi Qafqazda qürurlu duruşu və ciddi töhfələr verən proqramları ilə digərlərindən fərqlənir.

Almaniya üçün postsovet məkanında Ukrayna məsələsinin nə dərəcədə önəm kəsb etdiyini hər kəs bilir. Cənubi Qafqaz ilə bağlı situasiyaya bunun nə dərəcədə aidiyyətinin olduğunu demək bir qədər çətindir. Lakin ekspertlərin rəyinə görə, Berlin Cənubi Qafqaza "Böyük Qara dəniz" layihəsi kontekstində nəzər salır. Bu yanaşma 2007-ci ildə Bolqarıstan və Rumıniyanın Avropa İttifaqına üzv olmasından sonra daha da aktuallaşıb. Bizcə, Angela Merkelin regiona səfərinə bu kontekstdə ciddi fikir verilməlidir.

Frau Merkelin Cənubi Qafqaz ölkələrinə səfərində əhəmiyyətli yer tutan digər geosiyasi məqam Avropa İttifaqının qlobal geosiyasi proseslərdə daha təsirli rol oynamaq niyyəti ilə bağlıdır. Almaniya rəhbərliyi bir neçə il öncə açıq bəyan etdi ki, məqsədləri daha genişdir. Bütövlükdə bu yanaşma Aİ-nin təşkilat kimi geosiyasi nüfuzunu artırmağa xidmət edən addımların atılmasını tələb edir, eyni zamanda, Aİ daxilində böyük dövlətlər arasında geosiyasi rəqabətə yeni təkan verir. Cənubi Qafqaz məsələsində Almaniya ilə Fransa arasında gizli mübarizənin yarandığını ifadə etmək olar. Görünür, A.Merkel E.Makronu zamanca qabaqlamağa üstünlük verir.

Almaniyanın bu səfərə daha çox nüfuz məsələsi kimi baxdığını təsdiqləyən hadisələr A.Merkelin səfəri zamanı özünü göstərdi. Kansler Gürcüstanda bu ölkəyə xüsusi rəğbətinin və yaxınlığının olduğunu orada mədəni tədbirlərdə iştirakı və şəxsi təəssüratlarını paylaşmaqla nümayiş etdirməyə çalışdı. Bu məqsədlə illər öncə Tbilisiyə gəlişini xatırlatdı, mahnı oxudu və hədiyyə qəbul etdi.

Ermənistanda da eyni məntiqlə hərəkət etdi. "Soyqırımı" abidəsinə baş çəkdi, Ermənistanın inkişafı üçün hər şeyi etməyə hazır olduğunu bəyan etdi. Azərbaycanda isə almanların buraya yerləşdirilməsinin 200 illik tarixinin olduğunu ayrıca vurğuladı.

Deməli, Almaniyanın Kansleri ölkəsinin Cənubi Qafqazla yaxın tarixi-mədəni əlaqələrə malik olduğunu hər fürsətdə nümayiş etdirməyə çalışıb, bununla da məsələyə siyasətdən daha geniş kontekstdə yanaşdığını ifadə edib. Bu, Fransaya bir xəbərdarlıqdır.

Təbii ki, yuxarıda vurğulanan ümumi geosiyasi məqamların fonunda A.Merkelin hər bir region ölkəsində eyni məsələləri müzakirə etməsi qənaəti alınmır. Əksinə, Azərbaycan, Ermənistan və Gürcüstan səfərləri məzmunca bir-birindən fərqlənir. Gürcüstanda A.Merkel bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini və onun torpaqlarının işğal edildiyini ifadə edib. Hətta Cənubi Osetiya ilə sərhəddə yerləşən gürcü kəndinə gedərək, onun yaxınlığındakı Rusiya hərbi kontingentini kənardan optik cihazla da izləyib. Tbilisidəki danışıqlarda isə bu ölkəyə iki layihə üçün Almaniyanın 193 milyon avro verəcəyi barədə razılıq əldə olunub.

 

Köhnə səhvin təkrarı: yenə də ikili standartlar

 

Yeri gəlmişkən, bəzi gürcü ekspertlərinin Angela Merkelin Cənubi Qafqaza N.Paşinyanı yaxından tanımaq üçün səfər etdiyi barədə danışması elə də əsaslı görünmür. Ən azından ona görə ki, həmin səfər Ermənistanda hakimiyyət dəyişikliyindən xeyli əvvəl planlaşdırılmışdı. Görünür, bir sıra mütəxəssislər real mənzərəni təhrif etməkdə maraqlıdırlar.

Əslində, A.Merkel N.Paşinyana elə də fərqli münasibət bildirməyib. İrəvanda da başlıca olaraq ümumi məsələlərdən danışılıb. Ermənistanın geosiyasi seçiminin yaratdığı ziddiyyətlər ətrafında müzakirələr olub. A.Merkel N.Paşinyanın Avropaya meyilli siyasət yeritməsini açıq olmasa da, təqdir etdiyini çatdırıb. Ancaq Kansler daha dərin məqamlara toxunmayıb. Ermənistanla əlaqələrdə yeni razılıqların əldə edildiyi də görünməyib. Buna baxmayaraq, A.Merkel Ermənistana dəstək verdiyini də gizlətməyib.

Bu bağlılıqda Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın təşəbbüsü üzərinə götürə biləcəyini bəyan etməsi düşündürücüdür. Bu, Rusiya, Fransa və ABŞ-a "əlcək atmaq"dırmı? Belə demək çətindir, lakin hazırkı durumda almanların ruslar, amerikalılar və ya fransızlardan daha uğurlu ola biləcəyinə dəlalət edən fakt da yoxdur. Belə çıxır ki, frau Merkel sadəcə siyasi gediş edib? Hər bir halda o, münaqişənin həllinə ATƏT-in Minsk qrupu çərçivəsində yanaşmanı və müharibənin əsla qəbul edilməyəcəyi fikri kontekstində baxdığını bəyan edib. Rəsmi İrəvanı bu mövqe qane edir. Çünki "müharibənin olmaması" reallıqda Ermənistanın işğal etdiyi torpaqların sətiraltı "işğal edilmədiyi" tezisini qəbul etməkdir. Yəni Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etmək fikrinə düşməməlidir. Danışıqlarda isə prosesi istənilən qədər süründürmək olar.

A.Merkelin Azərbaycana səfəri bu məqamların işığında daha maraqlı görünürdü. Əslində, rəsmi Bakı kimin kim olduğunu hər kəsdən yaxşı bilir. Almaniyanın Kansleri yüksək səviyyədə qarşılandığı kimi, yüksək səviyyədə də həqiqətləri eşitdi. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu məsələdə zərrə qədər də güzəştdən söhbət gedə bilməz. Azərbaycanın Dağlıq Qarabağa qanunsuz səfər edən bir alman deputatın təkidlə A.Merkelin səfər komandasından çıxarılmasını tələb etməsi bunun əyani nümayişidir. Kansler də bir deputata görə səfəri təxirə sala bilmədiyini davranışları ilə sübut etdi.

Bakıda A.Merkel Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğal edildiyini açıq demədi. Gürcüstanın ərazi bütövlüyündən danışan və hətta sərhədə gedib, vəziyyəti gözləri ilə görmək istəyən "dəmir ledi" eyni hərəkəti Azərbaycanda etmədi. Səbəb nədir? Berlin Ermənistanın təcavüzkar olduğunu əslində qəbul etmir? Bu suallara cavabı Almaniyanın rəsmi dairələri verə bilərlər, lakin beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılığını ifadə edən sənədlərin qəbuluna Almaniyanın təmsilçiləri də səs veriblər. Belə çıxır ki, söhbət yenə də ikili standartlardan gedir?

Yuxarıda aparılan qısa müqayisələr əsasında A.Merkelin Cənubi Qafqaz səfərinin başlıca geosiyasi məqamı haqqında fikir bildirmək olar. Bizcə, Almaniyanın Kanslerinin gəlişi daha çox "Böyük Qara dəniz" regionunda Almaniyanın maraqlarına uyğun təhlükəsizlik sistemi yaradılmasına xidmət edir. Bu məsələdə Berlin daha çox Rusiya ilə rəqabətdədir. O, Moskvanın burada təsirinin azalması fonunda öz mövqeyini möhkəmlədə biləcəyini düşünür. Ayrıca, İran və Türkiyə faktoruna yanaşır. Bunlarla yanaşı, ABŞ və Fransa ilə Cənubi Qafqazda əməkdaşlıq imkanlarını da arxa plana atmır. Maraqlıdır ki, Almaniya bu regionda lider rolunu oynamaq məqsədində olduğunu da nümayiş etdirmir. Buna gücü çatmayacağını anlayır. O halda söhbətin Berlinin nüfuzunun Cənubi Qafqazda artmasından getdiyini deyə bilərik.

Lakin bunun qarşısında ciddi bir əngəl var. O da digər Qərb dövlətləri kimi, Almaniyanın da ikili standartlar prinsipinə uyğun hərəkət etməsi ilə bağlıdır. Dağlıq Qarabağ münaqişəsində ədalətli və beynəlxalq hüquqa uyğun mövqe tutmayan heç bir ölkə Cənubi Qafqazda davamlı nüfuza sahib ola bilməz. Bu səbəbdən Almaniya Kanslerinin region səfərini ən yaxşı halda real vəziyyətlə tanışlıq kimi xarakterizə etmək olar. Təbii ki, burada bir geosiyasi jestin olduğu da unudulmamalıdır.

 

Newtimes.az


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM