Alternative content

03:43 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meriya şəhərdə tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlayıb
Meriya şəhərdə tullantıların daşınması istiqamətində köklü dəyişikliklərə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:08 27.08.2018

Son vaxtlarda paytaxt Bakı şəhərində təmizlik və abadlıq işlərinin aparılmasında müsbət dəyişikliklər müşahidə olunur. Belə ki, şəhərin mərkəzində aparılan işlərlə yanaşı, şəhərətrafı qəsəbə və yaşayış məntəqələrində də bu işlərə xüsusi diqqət yetirilir. Şəhərdə həyət və məhəllələrin əsaslı təmirləri, yeni “Abad həyət” və məhəllələrin yaradılması, burada sakinlərin istirahətinin təmin olunması ilə bağlı işlər davam edir ki, bu da öz növbəsində vətəndaşlar tərəfindən çox müsbət qarşılanır. Şəhərdə aparılan müşahidələr həqiqətən də məişət tullantıları, xüsusilə də tozun azalmasını göstərir. Bu işlər şəhərətrafı qəsəbələrdə də öz əksini tapıb.

Görülən tədbirlər dövlətimizin başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış kompleks tədbirlər planına uyğun olaraq həyata keçirilir. İlk növbədə, əvvəllər az diqqət yetirilən Bakıətrafı qəsəbələrdə və yaşayış sahələrindəki çoxmənzilli binaların fasadlarının, giriş hissələrinin əsaslı təmiri, ümumi təmizlik işlərinə olan diqqətin artırılmasını qeyd etmək lazımdır.

Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda deyilir: “Etiraf edilməlidir ki, bu gün tullantıların daşınması və ilk növbədə, zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Buraya tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xaricdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır.

Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək”.