Alternative content

21:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Futbol üzrə Azərbaycan çempionatında cari mövsümün rekordu qeydə alınıb
Futbol üzrə Azərbaycan çempionatında cari mövsümün rekordu qeydə alınıb
ANA SƏHİFƏ / İDMAN
09:08 27.08.2018

Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümündə ən çox tamaşaçı üçüncü turda “Qarabağ” – “Neftçi” qarşılaşmasında qeydə alınıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Azersun Arena”da keçirilmiş matçı 3 min tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus olub. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən üç dəfə az – 1050 tamaşaçı toplayıb.

İndiyədək keçirilmiş üç turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.