Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:46 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəpənəklər-təbiətin sirli canlıları
Kəpənəklər-təbiətin sirli canlıları
ANA SƏHİFƏ / DÜNYA
09:08 27.08.2018

Zərli qanadları, möhtəşəm naxışları olan kəpənək təbiətin ən sirli canlılarındandır. Onlar həyata tırtıl olaraq gəlir, sonradan kəpənək kimi yaşamağa davam edir. Kəpənəyin elə növləri var ki, cəmi 24 saat, bəzi növləri isə bir-iki ay ömür sürür.

AZƏRTAC xəbər verir ki, araşdırmalara əsasən dünyada təxminən 20 min kəpənək növü var. Bir dəfəyə ən çox 450-500 ədəd yumurta qoyur və onları qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: yumurtaları ifraz etdiyi yapışqan maddə ilə bir-birinə bağlayaraq ətrafa dağılmalarına mane olur. Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə münasib budaq tapır və daha sonra eyni iplə oraya bağlanırlar. Sonra ifraz etdikləri həmin iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış bir tırtıl bu işi 3-4 günə tamamlayır. Həmin müddətdə tırtıl min dəfə fırlanaraq təqribən 900-1500 min metr uzunluğunda bir ip ifraz edir. Proses bitəndən dərhal sonra kəpənək olmaq üçün dəyişməyə hazırlaşır.

Uça bilmək üçün kəpənəklər ideal bədən istiliyinə sahib olmalıdır. Günəşdən bədən istiliklərini artırmaq üçün aldıqları 15-40 dərəcə arası istilik onlar üçün ən ideal temperaturdur. Yeməklərini ayaqlarındakı dad qəbulediciləri ilə tapır.

Dünyada ən böyük kəpənək növü qanadlarının uzunluğu 30 santimetrə çatan nəhəng qanadlı kəpənəklərdir. Afrikada yaşayan yaşıl damarlı Paşa kəpənəyi ən təcavüzkar kəpənək növü hesab olunur. “Ginnesin Rekordlar Kitabı”na görə, dünyanın ən kiçik kəpənək növü ot mavisi kəpənəyidir.

Təbiətdə zəhərli kəpənəklər də var. Kral kəpənəyi zəhərli ipəkotu bitkisi ilə bəsləndiyinə görə kəpənək yeyən quş, kərtənkələ və böcəklər üçün təhlükəli ov kimi tanınır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM