27 Avqust 2018 09:08
584
Elm və texnika
A- A+

Təmayül sinifləri üçün nümunəvi tədris planları təsdiqlənib

Təhsil naziri Ceyhun Bayramov lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün növbəti dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, ölkəmizin tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilir.

Eyni zamanda, lisey, məktəb-lisey və gimnaziyaların X-XI təmayül siniflərində təhsil nazirinin 2018-ci il 20 iyul tarixli əmri ilə təsdiqlənmiş tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil edildiyi ümumi təhsil müəssisələrinin 2018-2019-cu dərs ili üçün tədris planlarından istifadə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video