Alternative content

13:59 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniyanın nüfuzlu KİV-ləri Federal Kansler Angela Merkelin Azərbaycana səfərinə geniş yer ayırıblar
Almaniyanın nüfuzlu KİV-ləri Federal Kansler Angela Merkelin Azərbaycana səfərinə geniş yer ayırıblar
ANA SƏHİFƏ / SİYASƏT
09:08 27.08.2018

Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb. Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilir ki, liderlərin əsas müzakirə mövzuları enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanır ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub.

“Deutsche Welle” televiziyasının rəsmi saytında da “Azərbaycan enerji təhlükəsizliyi üzrə mühüm tərəfdaşdır” başlıqlı məqalədə Cənub Qaz Dəhlizi layihəsinin böyük əhəmiyyətə malik olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan ilə Almaniya daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Yazıda bildirilir ki, iki ölkə arasında enerji sektoru ilə yanaşı, tikinti və kənd təsərrüfatı sahələri, həmçinin informasiya texnologiyaları və mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Oxşar məqalələr ZDF, t-Online, Nachrichten TV(Naxrixten), Die Welt, Focus, Stern kimi nüfuzlu mətbuat orqanlarının rəsmi internet saytlarında da dərc edilib.