27 Avqust 2018 05:08
161
DÜNYA
A- A+

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları dünəndən etibarən qüvvəyə minmişdir. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Bu, Rusiya Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripal və onun qızı Yuliyanın bu ilin martında Britaniyanın Solsberi şəhərində zəhərlənməsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan birinci sanksiyalar paketidir. Yeni sanksiyalara görə, ABŞ Rusiyaya silah və ikili təyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək. Həmçinin təcili humanitar yardım, ərzaq və digər kənd təsərrüfatı məhsulları istisna olmaqla, ABŞ-ın Rusiyaya hər hansı yardımı dayandırılacaq. Eləcə də Moskva ABŞ tərəfdən hər hansı kredit, kredit zəmanəti və digər maliyyə dəstəyindən məhrum olacaq. Eyni zamanda sanksiyalar iki ölkənin kosmosda əməkdaşlığına şamil edilməyəcək.

Xatırladaq ki, cari ayın əvvəllərində ABŞ Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiyalar paketi tətbiq etmək niyyətində olduğunu bildirmişdi: birinci paket avqustun axırlarında, ikincisi isə noyabrda. Gözlənildiyinə görə, ikinci blok “daha ağrılı” olacaq: o, iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsini aşağı endirməyi, Rusiyanın “Aeroflot” dövlət şirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, habelə ixrac-idxal əməliyyatlarının kəskin şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur. 

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ABŞ yeni sanksiyaların tətbiq olunacağı təqdirdə adekvat cavab alacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video