Alternative content

13:44 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran və Suriya hərbi əməkdaşlıq haqqında müqavilə bağladılar
İran və Suriya hərbi əməkdaşlıq haqqında müqavilə bağladılar
ANA SƏHİFƏ / DÜNYA
05:08 27.08.2018

İran və Suriya müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığın genişləndirilməsi haqqında müqavilə imzalamışdır. Bu barədə İRNA agentliyi xəbər verir.

Sənədi İranın müdafiə naziri Əmir Hatəmi və onun suriyalı həmkarı Əli Abdulla Əyyub imzalamışlar. Hatəmi danışıqların yekunlarını şərh edərkən bildirmişdir ki, “bu saziş ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır”. Əyyub isə qeyd etmişdir ki, “Suriyada hərbi mərhələ başa çatmışdır və ölkənin bərpası dövrü başlayır”. O əlavə etmişdir ki, müqavilənin imzalanması Dəməşqlə Tehran arasında əməkdaşlığın inkişafına dəlalət edir.

Bundan başqa, Hatəmi vurğulamışdır ki, İran Suriyanın bərpasında iştirak etməyə və silah istehsalında ona kömək göstərməyə hazırdır: “İranın özəl sektoru Suriya xalqına və hökumətinə ölkənin bərpası prosesində kömək etmək üçün yetərli potensiala malikdir. Həmçinin İran İslam Respublikasının hərbi potensialı silah istehsalında Suriyaya yardımçı ola bilər”.