27 Avqust 2018 05:08
171
DÜNYA
A- A+

Kolumbiyada antikorrupsiya referendumu baş tutmadı

Kolumbiyada antikorrupsiya referendumu baş tutmamışdır. Səsvermə məntəqələrinə cəmi 11,6 milyon nəfər gəlmişdi. Bu barədə DPA agentliyi xəbər verir.

Referendumun baş tutması üçün seçicilərin minimum 34 faizinin iştirakı vacibdir. Vətəndaşların ümumxalq səsverməsinə etinadsızlığı onların seçkilərdən yorulması ilə izah olunur: bu il kolumbiyalılar Konqresi (parlament) və Prezidenti seçmişlər.

Referendumda seçicilərə parlament üzvlərinin və yüksək vəzifəli məmurların maaşlarının azaldılması, korrupsiya ittihamı ilə həbs hökmlərinin icrası, həmçinin seçilmiş vəzifəli şəxslərin əmlak və vergi ödənişi bəyannaməsi təqdim etməsi ilə bağlı suallara cavab vermək təklif olunmuşdu. Referendum baş tutsaydı, Konqres bir il ərzində korrupsiya ilə mübarizə haqqında müvafiq qanunlar qəbul etməli idi.

Məlumata görə, Kolumbiya büdcəsi korrupsiya üzündən ildə 17 milyard dollaradək vəsait itirir. Hazırda kolumbiyalı konqresmenin aylıq maaşı 10500 dollardan çoxdur, halbuki ölkədə minimum əməkhaqqı təxminən 260 dollardır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video