Alternative content

10:38 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2001-2017-ci illərdə Neft Fondunun daxilolmaları 137,87 milyard dollar olub
2001-2017-ci illərdə Neft Fondunun daxilolmaları 137,87 milyard dollar olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
05:08 27.08.2018

2001-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) daxilolmaları 137,87 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında deyilir.

Bildirilir ki, 2001-2017-ci illər ərzində Neft Fondunun daxilolmaları 137,87 milyard dollar səviyyəsində olub və bu vəsaitin təxminən 35,8 milyard dolları, yəni 26 faizi yığıma yönəldilib.