Alternative content

05:30 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səkkiz yaşlı gimnast Mina Abbasovadan növbəti qızıl medal
Səkkiz yaşlı gimnast Mina Abbasovadan növbəti qızıl medal
ANA SƏHİFƏ / İDMAN
05:08 27.08.2018

Macarıstan Bədii Gimnastika Federasiyasının təşkilatçılığı ilə Budapeştdə XVII ənənəvi “Gracia” kuboku uğrunda yarışlar keçirilib. Yarışlarda ev sahibi Macarıstan ilə yanaşı, ABŞ, Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Koreya Respublikası və Braziliyanın milli yığmaları da iştirak ediblər.

Əvvəlki turnirlərdə Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz Mina Abbasova bu dəfə Azərbaycanı təmsil edib. Çoxnövçülük yarışlarında həmyaşıdlarını böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran Mina Abbasova növbəti qızıl medalını Azərbaycan bayrağı altında qazanıb.

İkinci pilləyə Ukrayna təmsilçisi, üçüncü yerə isə rusiyalı gimnast sahib olublar.

2010-cu ildə Bakıda anadan olan Mina Abbasova valideynlərinin işi ilə əlaqədar müvəqqəti Budapeştdə yaşayır. İştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənən balaca gimnast idman karyerasına beş yaşından başlayıb. O, qısa vaxtda bir çox beynəlxalq yarışlarda uğurla iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM