Alternative content

02:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 350 əməkdaşı pusquya düşüb
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 350 əməkdaşı pusquya düşüb
ANA SƏHİFƏ / DÜNYA
05:08 27.08.2018

Əfqanıstanın Fəryab əyalətinin mərkəzi Meymənə şəhərinə gedən təhlükəsizlik qüvvələrinin 350 əməkdaşından ibarət qrup pusquya salınıb.

AZƏRTAC TOLO news telekanalına istinadla xəbər verir ki, yerli hökumət nümayəndələri toqquşmaların davam etdiyini bildirirlər.

Bir qədər əvvəl “Taliban” hərəkatının ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi hissələrdən birini ələ keçirdiyi barədə məlumat yayılmışdı. Yerli KİV-lərin verdiyi məlumata görə, hücum nəticəsində Əfqanıstan ordusunun azı 17 hərbçisi həlak olub, 12 əsgər isə yaralanıb. Hücum zamanı bazada olan onlarla hərbçinin taleyindən isə xəbər yoxdur.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.