27 Avqust 2018 05:08
122
CƏMİYYƏT
A- A+

Acınohur düzənliyinin ərazisindəki ceyranların təhlükədə olması ilə bağlı yayılan məlumat yerində araşdırılıb

Son günlər informasiya vasitələrində Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi və bunun nəticəsində ceyranların həyatına təhlükə yaranması barədə yayılan məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Acınohur ərazisi əsasən yarımsəhra bitkilərindən, şoranlaşmış səhra tipindən ibarətdir və kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi dövlət fonduna aiddir. Ərazi dövlət fondunun qış otlaq sahələri olmaqla uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilib.

Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün hazırda ərazinin 7500 hektarının “Aqroinkişaf-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrıldığı müəyyənləşib. Ərazinin adıgedən quruma ayrılmasında məqsəd aqrotexniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınmasıdır.

Aqrar fəaliyyət həyata keçirilən zaman Acınohur düzünün qonşu ərazilərində məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb.

Ceyranların qonşu ərazilərdə məskunlaşması ilə bağlı ekoloji məsələlərin prioritet hesab olunduğu şirkət tərəfindən qəbul edilib və Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə tədqiqatların aparıldığı dövrdə bütün fəaliyyətlərin dayandırılacağı bildirilib. Kənd təsərrüfatı işlərinin sivil təşkili yolu ilə nazirliklə birgə ərazidə ekoloji layihələrin həyata keçirilməsi, o cümlədən ceyranların yaşam vəziyyətinin daha da yaxşılaşdırılması üçün su probleminin həlli, yem bazasının yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.

Eyni zamanda, Acınohur gölünün cənubunun və Mingəçevir su anbarının şimal hissəsi ilə həmsərhəd olan ərazilərdə ceyranların yem bazasının azalması, sürüləri qoruyan itlərin ceyranlara birbaşa təhlükə yaratması səbəbindən gələcəkdə bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi ETSN tərəfindən Qax və Samux rayon rəsmilərinə tövsiyə olunub.

ETSN əsl vətəndaş mövqeyi nümayiş etdirərək Azərbaycan təbiətinin incisi hesab olunan ceyranların mühafizəsi üçün həyəcan təbili çalan hər bir ictimaiyyət nümayəndəsinə təşəkkürünü bildirir və təbiətin qorunmasında əməkdaşlığa xüsusi önəm verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video