Alternative content

21:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib
Türkiyədə axtarışda olan daha bir təhlükəli terrorçu məhv edilib
ANA SƏHİFƏ / DÜNYA
04:08 27.08.2018

Türkiyə təhlükəsizlik qüvvələri ölkənin Ağrı vilayətinin Doğubayazıt bölgəsində daha bir uğurlu antiterror əməliyyatı keçirib. Hərbi Hava Qüvvələrinin qırıcılarının dəqiq atəşi ilə iki təhlükəli terrorçu zərərsizləşdirilib. Onlardan biri “Tolhildan” ləqəbli Fecri Demirdir.

AZƏRTAC xəbər verir ki, bir sıra ağır cinayətlərdə, o cümlədən terror aktlarının təşkilində və icrasında ittiham olunan Fecri Demir Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu kimi axtarışda olub.