Alternative content

01:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib
ANA SƏHİFƏ / DÜNYA
01:08 27.08.2018

ABŞ mart ayında Solsberi şəhərində baş verən insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların tətbiqinə başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi hələ keçən həftə dərc edib və sanksiyalar avqustun 27-də səhər saatlarında qüvvəyə minib.

Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır. Sənədə hərbi sahədə bəzi məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı), həmçinin 1961-ci il “Xarici yardım barədə” qanun çərçivəsində Moskvaya göstərilən xarici köməyə (humanitar yardım, ərzaq və kənd təsərrüfatı məhsullarının çatdırılması istisna olmaqla) qadağalar daxildir.

Bundan başqa, yeni sanksiya paketi çərçivəsində ABŞ Rusiyaya istənilən krediti verməkdən də imtina edəcək.

Eyni zamanda, sanksiyalar ölkələrin kosmosdakı əməkdaşlığına şamil olunmayacaq.

Qeyd edək ki, ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı iki sanksiya paketi tətbiq etmək niyyətindədir. Onlardan biri avqust ayının ortalarında, digəri isə noyabr ayında qüvvəyə minməli idi. Daha “ağrılı” olacaq ikinci paket diplomatik münasibətlərin azaldılması, Rusiyanın “Aeroflot” dövlət kompaniyasının ABŞ-a uçuşlarının qadağan olunması, həmçinin ixrac və idxalın demək olar ki, tamamilə dayandırılması ilə nəticələnə bilər.

Sanksiyalar Rusiyanın gələcəkdə kimyəvi silahdan istifadə etməyəcəyinə zəmanət verməyəcəyi və BMT tərəfindən “lokal yoxlamalara” razı olmayacağı təqdirdə reallaşa bilər.

Bir qədər əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini bildirmişdi.