Alternative content

13:42 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alimlər qan qrupunu dəyişməyin yeni üsulunu tapıblar
Alimlər qan qrupunu dəyişməyin yeni üsulunu tapıblar
ANA SƏHİFƏ / Səhiyyə
12:08 27.08.2018

Britaniya Kolumbiya Universitetinin bir qrup alimi A, B və AB qan qruplarını 0 Rh(-) qan qrupuna çevirmək məqsədilə yeni üsul kəşf edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatı həyata keçirən alimlərdən biri - Stefen Vithers A, B və AB qan qruplarında immunitet tərəfindən tanınan fərqli şəkər molekullarının olduğunu deyib. Vurğulanıb ki, 0 Rh(-) qan qrupunda isə belə molekul yoxdur. 1980-ci illərdən bəri şəkər molekulları üçün “qayçı” funksiyasını yerinə yetirən metod üzərində işlənilir. Nəticədə insan bağırsağındakı bakteriyalardan istifadə edilməklə belə bir üsul kəşf olundu. Tədqiqat zamanı 20 min nəcis üzərində iş aparılıb və qan qruplarındakı şəkəri məhv edən ferment sinfi aşkarlanıb. Yeni üsulun tətbiqi üçün təhlükəsizlik testləri həyata keçiriləcək.