Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

12:01 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nümunəyə çevrilən missiya
Nümunəyə çevrilən missiya
ANA SƏHİFƏ / SİYASƏT
12:08 27.08.2018

 

 

- Bu gün hər birimizin qarşısında duran mühüm vəzifələr vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq hakimiyyətin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq, əlindən gələni etmək hər bir azərbaycanlının borcudur. Bu baxımdan öz əməlləri ilə nümunəyə çevrilən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi fəaliyyət bütün vətəndaşlar tərəfindən təqdir olunur.
Mehriban Əliyevanın ictimai-siyasi xadim kimi fəaliyyəti həmişə çoxşaxəli olub. Bu fəaliyyət ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edib. Ona görə ötən ilin fevralında Birinci vitse-prezident vəzifəsinə təyin olunması bütün ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Çünki Mehriban xanım Əliyeva yerinə yetirdiyi bütün vəzifələrdə öz potensialını, yüksək məsuliyyət hissini, təşkilati-idarəetmə məharətini ortaya qoyduğu parlaq nəticələrlə təsdiqləmişdi. Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərinin ortalarından bəri genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edir. 2004-cü ildən fəaliyyət göstərən və bu gün regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların ümid yerinə çevrilən Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirir.
Təlqin etdiyi xeyirxahlıq, mərhəmət, maarifçilik kimi ali dəyərlər, yer üzündə sülhə, mədəni dəyərlərin qorunmasına, sivilizasiyalararası dialoqa verdiyi töhfələr beynəlxalq aləmdə Mehriban xanım Əliyevaya böyük nüfuz qazandırıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi o, bütün dünyada Qərb və Şərqin iki yüksək statusunu eyni vaxtda daşıyan ilk və yeganə şəxsiyyətdir.
Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərlə Azərbaycan həqiqətləri uğurla dünyaya çatdırılır. Bütün bunlar erməni yalanlarının sistemli şəkildə ifşa olunmasına, Xocalı soyqırımının tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun uğurla reallaşmasına dəstək verir.
Mehriban Əliyeva sıralarında 700 mindən çox üzvü birləşdirən YAP-ın sədr müavini kimi xeyli müddətdir siyasi proseslərin fəal iştirakçısıdır. Onun partiyanın ali rəhbərliyində təmsilçiliyi bu qurumun gücünü daha da artırıb, cəmiyyətin ictimai-siyasi həyatında qadın fəallığı ənənələrinin inkişafına stimul yaradıb. Eyni zamanda Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi Mehriban xanım Əliyevanın Azərbaycan idmanının inkişafında böyük rolu var. 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi bu mühüm tədbirlərin Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın gərgin zəhmətinin, yüksək təşkilatçılıq qabiliyyətinin, ölkə rəhbərinin böyük əminliklə ona həvalə etdiyi mühüm vəzifəni qısa müddətdə layiqincə yerinə yetirməsinin nəticəsi idi. O, 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə hazırlıq işlərini də eyni məsuliyyətlə yüksək səviyyədə həyata keçirərək ideal təşkilatçılıq nümunəsini ortaya qoydu.
Mehriban Əliyeva deputat kimi qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında da böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib.
Son illərdə Milli Məclisin qəbul etdiyi 4 amnistiya aktı Mehriban Əliyevanın təşəbbüsləri ilə baş tutub. Onun humanizm və ədalət ideallarına əsaslanaraq 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyü amnistiya aktlarının qəbul edilməsi bütün ölkədə rəğbətlə qarşılanıb. Nəticə etibarilə amnistiya elan olunması haqqında qərarlar əsasında ümumilikdə 39 min 887 məhkum cəzadan azad edilib.
Mehriban Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunmasından ötən dövr uzun deyil. Lakin bu qısa zaman kəsiyinin təhlili göstərir ki, Mehriban Əliyeva Birinci vitse-prezident kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edir. Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi bu müddətdə birbaşa Birinci vitse-prezidentin diqqət yetirdiyi məsələlər olub. İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə uğurla rəhbərliyi həyata keçirən Mehriban Əliyeva həm də Azərbaycanın “Expo-2025” Ümumdünya Sərgisinə namizədliyi üçün təqdimatını edib. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq tədbirlərin layiqincə keçirilməsi, müxtəlif ölkələrin və təşkilatların rəhbərlikləri ilə ikitərəfli görüşlərin keçirilməsi, orta məktəblərin, uşaq bağçalarının, mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması bu müddətdə Mehriban Əliyevanın fəaliyyətində prioritet təşkil edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı əvvəldən aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultdu. Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçlik qabiliyyəti ilə ona həvalə edilən bu vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına layiqli töhfələr verir.

 

Novruzəli ASLANOV, 

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti:


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM