Alternative content

01:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ prezidenti uşaqlarla görüşdə ölkə bayrağını düzgün rəngləməyib
ABŞ prezidenti uşaqlarla görüşdə ölkə bayrağını düzgün rəngləməyib
ANA SƏHİFƏ / DÜNYA
10:08 27.08.2018

İnternet istifadəçiləri ABŞ prezidenti Donald Trampı ölkə bayrağının görünüşünü bilməməkdə ittiham ediblər.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Trampın Ohayo ştatındakı uşaq xəstəxanalarından birinə səfər şəklini Birləşmiş Ştatların səhiyyə naziri Aleks Azar Twitter səhifəsində paylaşıb.

İstifadəçilər Trampın uşaqlarla birgə bayraq rənglədiyi şəkillərə diqqət yetiriblər. Belə ki, onlardan birində onun bayraqdakı üfüqi zolaqları ağ və ya qırmızı olduğu halda, göy boya ilə rənglədiyi görünür.