Alternative content

21:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Florida ştatında güclü atışma baş verib, ölənlər var
Florida ştatında güclü atışma baş verib, ölənlər var
ANA SƏHİFƏ / DÜNYA
10:08 27.08.2018

Bazar günü ABŞ-ın Florida ştatında yerləşən Ceksonvill şəhərində keçirilən videooyun üzrə turnirdə güclü atışma baş verib. Yerli Şerif məlumatında atışma nəticəsində çoxlu sayda ölənlərin olduğunu diqqətə çatdırıb.

Ceksonvill polisi yerli sakinləri və turistləri hadisə yerindən uzaqlaşmağa çağırıb və özünün “Tvitter” səhifəsində ”Sahədən uzaq durun, “Sahə təhlükəsiz deyil” kimi qısa xəbərlər yayıb.

Yerli qəzetlər və polis 4 nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını və onların xəstəxanaya çatdırıldığını bildirlər.

Polis cinayətkarın öldürüldüyünü təsdiq edib, lakin bununla belə onun sağ qalan cinayət yoldaşı olması ehtimalını da istisna etmir.

Yerli mətbuatın verdiyi məlumata görə, hadisə “Jacksonville Landing” adlı alış-veriş mərkəzi və restoranlar olan yerdə baş verib. Burada məşhur “Electronic Arts” videooyun istehsalçının “Madden NFL” videooyunu üzrə turnir keçirilirdi. “Electronic Arts” öz “Tvitter” səhifəsində ölənlərin ailələrinə başsağlığı verərək, atışmanı dəhşətli hadisə adlandırıb.