Alternative content

15:45 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti – Ulduzlar bir arada
Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti – Ulduzlar bir arada
ANA SƏHİFƏ / Mədəniyyət
09:08 27.08.2018

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında yayın ən möhtəşəm konserti olub.

AZƏRTAC xəbər verir ki, “Ulduzlar bir arada” adlı konsertdə tamaşaçıların çox sevdikləri Manana, Aygün Kazımova, Ədalət Şükürov, Tünzalə Ağayeva, Murad Arif, Zülfiyyə Xanbabayeva, Malik, Röya, Miri Yusif və başqaları çıxış ediblər.

Konsertdə müasir Azərbaycan estradasının ən məşhur hitləri səsləndirilib. Bu konsert həm də maraqlı duetlərlə yadda qalıb. Tünzalə Ağayeva və Murad Arifin, Zülfiyyə Xanbabayeva və Malikin, Röya və Miri Yusifin duetləri alqışlarla qarşılanıb.

Bir-birindən coşqun ifaları izləyən uşaqlar, gənclər və yaşlılar, eləcə də paytaxt sakinləri və qonaqlar incəsənət ustalarının səsinə səs verdilər, onlarla birlikdə rəqs etdilər. Əlbəttə ki, heç kim bu gözəl anları öz telefonunun yaddaşına köçürməyi də unutmadı.

“Ulduzlar bir arada” adlı konsert proqramı xəfif mehli bu yay axşamında tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi yaşatdı.