Alternative content

01:19 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
07:08 27.08.2018

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də iştirak edib.

Avtomobillərə ikinci həyat verən sərgi

Sərgiyə gələn tamaşaçılardan Ülviyyə Abbasova vurğulayıb ki, hazırda ölkəmizə xaricdən çoxsaylı turistlər gəlir. Bu sərgi həm də Azərbaycanın tarixə, mədəniyyətə yüksək səviyyədə münasibətinin göstəricisidir. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir.

12 yaşlı Rəsul Zəkiyev: Ən çox “Mercedes” və “BMW”dən xoşum gəldi

“İnsanların klassik avtomobilləri yaxından görməsinə imkan yaradan bu sərginin təşkilinə görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Burada çox maraqlı avtomobillər nümayiş etdirilir. Mənim isə ən çox “Mercedes” və “BMW”dən xoşum gəldi” – bu sözləri III Uşaq Paralimpiya İdman Oyunlarının əlil arabasında idman rəqsi üzrə qaliblərindən biri Rəsul Zəkiyev söyləyib.

Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var

Sərgi iştirakçısı Rasim Məmmədov buraya “Triumf” avtomobili ilə gəlib. Onun sözlərinə görə, bu avtomobil 1952-ci ildə İngiltərədə istehsal olunub. “Dünyada bu modeldən olan cəmi 190 avtomobil istehsal edilib. Bu günümüzə onlardan yalnız 20-si gəlib çatıb. İlk dəfədir ki, bu avtomobil sərgisinə qatılıram, burada çox yaxşı ab-hava var. Azərbaycanda klassik avtomobillərə maraq çox böyükdür. Bu sərgi isə çox yüksək şəkildə təşkil olunub”, - deyə Rasim Məmmədov qeyd edib.

Belə sərgi ildə bir neçə dəfə keçirilsə yaxşı olar

Rameş Novruzov isə sərgiyə 1965-ci il sovet istehsalı olan Volqa “Qaz-21” avtomobili ilə gəlib. “Avtomobili restavrasiya etmişik. Sonradan həyat yoldaşım üçün də digər bir retro avtomobil aldıq. Bu, 1961-ci ildə istehsal olunmuş “Moskviç” markalı klassik avtomobildir. Biz retro avtomobil sərgisində dəfələrlə iştirak etmişik. Burada çox gözəl avtomobillər nümayiş olunur”, - Rameş Novruzov belə deyib.

Yürüşə “Vaz-011” markalı minik avtomobili (1973-cü il) ilə qatılmış Həsən Həsənovun fikrincə isə bu cür sərgi ildə bir neçə dəfə keçirilsə yaxşı olar.

Paytaxt sakinləri deyirlər ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər xüsusən onları görməyən gənclərdə daha çox maraq doğurur.

Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM