Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:34 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar
ANA SƏHİFƏ / Səfərlər
11:08 26.08.2018

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar.

AZƏRTAC xəbər verir ki, “Azər Ekov” MMC-nin direktoru Tofiq Həsənov park haqqında məlumat verdi. Bildirildi ki, “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndəki tapşırıqlara uyğun olaraq, vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunda Pirqulu adlanan dağ-meşə massivində 620 hektar ərazinin hüdudları içərisində 480 hektarlıq sahə beynəlxalq standartlara uyğun formada çəpərlənib. İstifadəyə verildiyi vaxt parkda 790 baş heyvan - nəcib maral, lan və muflon kimi genetik qiymətli heyvanlar var idi. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı hazırda 1000-i ötüb.

Məlumat verildi ki, Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən sentyabrdan başlayaraq hər həftə sonu məktəblilər üçün Safari Parka turlar təşkil ediləcək. Ərazini gəzmək məktəblilər üçün ödənişsiz olacaq. Turist qəbulu üçün də hazırlıqlar tamamlanmaq üzrədir. Oktyabrdan etibarən turistlərin buraya səfərləri təşkil olunacaq. Həm məktəblilər, həm də turistlər parkda vəhşi heyvanları seyr edə, onların şəkillərini çəkə və ətraflı məlumat ala biləcəklər.

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Heyvanlar üçün çoxsaylı təbii daldalanacaqlar düzəldilib. Onların qidalanmasına da diqqət yetirilir.

Qeyd edək ki, Şamaxı Safari Parkı 2017-ci il oktyabrın 2-də yaradılıb. Həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə yaxından tanış olublar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM