Alternative content

14:02 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir
Prezident İlham Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 26.08.2018

Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir.

AZƏRTAC xəbər verir ki, bunu avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Enerji təhlükəsizliyi məsələləri, əlbəttə ki, diqqət mərkəzindədir. Azərbaycan bu sahədə öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Xüsusilə Cənub Qaz Dəhlizinin yaradılması tarixi hadisə kimi qəbul edilir. Bu, çox böyük, genişmiqyaslı layihədir, 40 milyard dollar sərmayə tələb edən layihədir və uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur”, - deyə dövlətimizin başçısı bildirib.