Alternative content

19:55 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolqarıstanda sərnişin avtobusu qəzaya uğrayıb, 16 nəfər ölüb
Bolqarıstanda sərnişin avtobusu qəzaya uğrayıb, 16 nəfər ölüb
ANA SƏHİFƏ / DÜNYA
01:08 26.08.2018

Bolqarıstanda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, 27 nəfər yaralanıb. Bu barədə BGNES portalı məlumat yayıb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, daha əvvəl “Sofiya Globe” qəzetinin məlumatına görə, İşkar dərəsində baş verən qəza nəticəsində ən azı 15 nəfər həlak olmuşdu.

Hadisəyə səbəb kimi, sərnişin avtobusunun sürücüsünün idarəetməyə nəzarəti itirməsi göstərilir.

Baş nazir Boyko Borisov avqustun 27-də ölkədə yas elan edib.