Alternative content

07:27 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə ərazisində PKK-nın iki təhlükəli üzvü ələ keçirilib
Türkiyə ərazisində PKK-nın iki təhlükəli üzvü ələ keçirilib
ANA SƏHİFƏ / DÜNYA
01:08 26.08.2018

İraqın şimalından qanunsuz yolla Türkiyəyə keçən iki PKK terrorçusu ölkənin Şırnak-Uludere rayonu ərazisində sağ ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Ələ keçirilən “Mazlum Goyi” ləqəbli Mazlum Kaçan və “Kahraman” ləqəbli Lezgin Yararın üstündə odlu silah və icazəsiz daşınması qanunla qadağan edilən digər ləvazimatlar olub.

DİN-in yaydığı digər məlumatda isə bildirilir ki, ölkənin Bingöl, Ağrı və Tunceli bölgələrində həyata keçirilmiş antiterror əməliyyatlarında altı PKK terrorçusu zərərsizləşdirilib. Bildirilir ki, məhv edilən terrorçulardan ikisi Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olublar. Onlar “Poyraz Agir” ləqəbli Mehmet Şirin Özen və “Adil Havar” ləqəbli Aykut Özkurdür. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, ikisi yaralanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM