Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

01:21 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümid çırağı
Ümid çırağı
ANA SƏHİFƏ / SİYASƏT
05:08 26.08.2018

 

Onun yumruq boyda ürəyində bütün dünyaya ünvanlanmış qayğı yükü, xeyirxahlıq missiyası yuva qurub. Yaxın, uzaq ölkələrin çətinə, dara düşən, ağır şəraitdə yaşayan insanları bütün dünyada xeyirxahlıq mələyi kimi tanınan Mehriban xanımın mərhəmətindən zaman-zaman yetərincə pay alır, qayğısız yaşamağa, müalicə olunmağa, təhsil almağa geniş imkanlar qazanırlar.

Azərbaycan qadınının necə böyük ürəyə, yenilməz qüdrətə, tükənməz yaradıcılıq əzminə malik olduğunu parlaq şəkildə bütün dünyaya nümayiş etdirən Mehriban xanım canından artıq sevdiyi, bütün şüurlu həyatını işıqlı sabahlarına, əmin-amanlığına, xoş növrağına həsr etdiyi doğma vətənində də problemlə üzləşən, köməyə ehtiyacı olan hər kəs üçün ümid ünvanına çevrilib.

Cəbhə bölgəsi olan, qəhrəmanlar diyarı kimi tanınan Tərtərdə Mehriban xanımı daha çox sevir, xüsusi hörmət və ehtiram bəsləyirlər desək, qətiyyən mübaliğə olmaz. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın genişmiqyaslı ictimai-siyasi fəaliyyətində Tərtər və tərtərlilərə hər zaman böyük diqqət yetirilir. Ermənistan silahlı qüvvələrinin təxribatlarına tez-tez hədəf olan Tərtər rayonuna dövlət səviyyəsində xüsusi qayğı göstərilməsi, təbii ki, başadüşülən olduğu qədər də alqışa, minnətdarlığa layiqdir. Dövlətin idarə edilməsində ikinci şəxs olan Mehriban Əliyevanın bu prosesdə fəal iştirakı, bu cəbhə bölgəsinə qayğının davamlı xarakter almasının əsas təşəbbüsçüsü və təşkilatçısı olması tərtərlilərdə hədsiz razılıq və minnətdarlıq hissi doğurur.

Tərtər şəhəri Fikrət Əmirov küçəsinin sakini Elmira Səfərovanın dedikləri:

- İki il əvvəlin söhbətidir. Ailəmizlə birlikdə isti yuvamızda, rahat evimizdəydik. Gecə yarı elə bil dünya dağıldı. Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərinə, ətraf kəndlərə atdığı top mərmilərindən biri də bizim evin üstünə düşdü. Alın tərimizlə, halal zəhmətimizlə tikdiyimiz ev dağılsa da, xoşbəxtlikdən həlak olan, yaralanan olmadı. Çox ümidsiz, çıxılmaz vəziyyətə düşmüşdük. Dağılıb bərbad hala düşən rahat və doğma yuvamız bir gecənin içində bizim üçün göz dağına çevrilmişdi. Nə onu təmir edib yararlı hala salmağa maddi imkanımız vardı, nə də kömək üçün üz tutacağımız bir ünvan. Ağır günlər bir-birini əvəz edir, əlimiz hər yerdən üzülürdü. Ailəmizin sıxıntı içində boğulduğu bir məqamda Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Tərtərə səfər etdilər. Bu, 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonraya təsadüf edirdi. Azərbaycan əsgərindən sarsıdıcı zərbələr alan Ermənistan silahlı qüvvələri hikkələrini soyutmaq, təsəlli tapmaq üçün Tərtər şəhərinə, cəbhəyanı kəndlərə top mərmiləri yağdırmış, xeyli yaşayış evlərini, məktəbləri, xəstəxanaları dağıtmışdılar. Bax belə gərgin günlərdə Prezidentimizi, onun xanımı, xalqın ümid çırağına çevrilən Mehriban Əliyevanı yanımızda görəndə rahatlıq tapdıq, toxtadıq. Vətəndaşına sahib çıxan rəhbərin isti münasibəti bizə ümid verdi, yaşamağa ruhlandırdı. Dövlətin qayğısı ilə Tərtərdə yüzlərlə ev əsaslı şəkildə təmir edilib bərpa olundu. O böyük qayğıdan bizim ailəyə də yetərincə pay düşdü. Evimiz təmir olunub əvvəlkindən də gözəl görkəm aldı. Üstəlik, mebel də hədiyyə edildi. Ailəmizin yenidən xoş və firavan günləri başladı.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva 2016-cı ilin dekabrında yenidən Tərtərə səfər edəndə bizim ailənin qonağı oldular. Bu, unudulmaz bir görüş idi. Mehriban xanım çay süfrəsi ətrafında o qədər səmimi idi ki, elə bil doğmalarının arasındaydı. Ailəmizin dolanışığı, uşaqlarımızın işi-gücü ilə maraqlandı, köməyini əsirgəmədi. Ayrılanda telefon nömrəsi verib dedi ki, çətinliyin olsa, hər hansı bir problemlə üzləşsən, zəng vurarsan. O zamandan Mehriban xanım ailəmizin sevimlisinə, sözün həqiqi mənasında ümid çırağına çevrilib. Allah o çırağın hər zaman gur yanmasına yardımçı olsun. Bilirik ki, avqustun 26-sı Mehriban xanımın doğum günüdür. Həmin gün ailəmizdə bayram süfrəsi açacağıq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın nurlu ideyaları, uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu bütün dünyada xeyirxahlıq mələyi kimi tanıdır, milyonların sevimlisinə çevirir. Onun qayğısı ilə neçə yarımçıq ömrə ömür calanır, neçə ailə ümidsizlik burulğanından çıxıb xoşbəxtliyə qovuşur. Şöləsi gündən-günə artan bu çırağın nuru hələ çox könüllərə yaz yağışı kimi yağacaq.

 

Lazım QULİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM