Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:20 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəngin mədəniyyətimizin böyük himayədarı
Zəngin mədəniyyətimizin böyük himayədarı
ANA SƏHİFƏ / Mədəniyyət
05:08 26.08.2018

 

26 avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

 

Duyğuların ən gözəl, bənzərsiz ifadəsi var Azərbaycan muğamlarında. Sədalarında ruhun pıçıltısı, könül harayı var. Muğam sənətindən dərs alanlar, sirlərini öyrənməyə ömrünün uzun illərini sərf edənlər də sonunda “muğam sənəti dəryadır” deyirlər. Onun dərinliklərinə baş vurmaq yalnız cəsarət yox, sevən ürək istəyir.
Sanki hər sənətkar onun dərinliklərində incilər axtarır. Bu dərya da o qədər zəngin, o qədər bərəkətlidir ki, könüldən bağlanan, aylarını, illərini verən kimsəni peşman etmir. Şöhrətlə, ən əsası isə xalqın sevgisi ilə mükafatlandırılır. Çünki yaşı bilinməyən muğamlarımızın müəllifi Azərbaycan xalqıdır. Onların bəstəkarı da, söz yazarları da xalq özüdür. Sanki müəlliflərinin adları da zamanın gərdişində buna görə unudulub ki, onlar yalnız bir adda, bir ünvanda tanınsınlar. Bütöv bir xalqın varlığına köçsün, tarixinin bir hissəsinə, milli-mənəvi sərvətinə çevrilsin.
Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımızın heyranı yanız biz deyilik. “Çahargah”, “Rast”, “Şur”, “Humayun”, “Segah”, “Bayatı-Şiraz” və digər muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir musiqisevərin qəlbinə yol tapa bilir. Ona görə də muğamı yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, ümumilikdə dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz xəzinələrindən hesab edirlər.
Muğamın dünya mədəniyyətində özünəməxsus yeri var. Hələ 1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” valını daxil etdi. 1975-ci ildə Azərbaycan muğamları UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasında buraxıldı.
2010-cu ildə isə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu qərar Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə göstərilən marağı, diqqəti, yüksək dəyəri əks etdirir.
26 avqust tarixi muğamsevərlərin, bu sənəti qoruyub yaşadan, inkişaf və təbliğ edənlərin bayramıdır. Bütün dünyanı öz sehrinə salan bu sənətin xalqımızın tarixinə dərin kökləri, bağlılığı hər ilin bu günü bir daha diqqətə çatdırılır.
Azərbaycan muğamlarının yolu həmişə hamar olmayıb. Ayrı-ayrı dönəmlərdə muğam sənətinə qarşı haqsızlıqlara yol verildi, onu gözdən salmaq istəyənlər oldu. Sovet hakimiyyəti illərinin, xüsusilə amansız olduğu 1930-cu ildən 1970-ci ilədək muğam sənətinin bəsit, primitiv olduğunu iddia edənlər tapıldı. O illərdə muğam sənətini xalqın yaddaşından silməyə, unutdurmağa çalışanların qurduqları planlar, çəkdikləri zəhmət boşa çıxdı. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz milli-mənəvi dəyərlərinə sadiqdir.
Bu gün Azərbaycan muğam sənəti tarixinin parlaq dövrünü yaşayır. Çünki müstəqil ölkəmiz öz müqəddəratını həll etmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaq gücündədir. Azərbaycan muğamı da dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Mədəniyyətimizin tanıdılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən layihələr sırasında muğam sənətinə də xüsusi diqqət göstərilir. Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması buna bariz nümunədir. Regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa edilib. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar keçirilir.
Muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Muğam televiziya müsabiqəsi” keçirir.
2005-ci ildə Birinci muğam müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə təşkil olundu. 2007, 2009, 2011, 2013, 2015 və 2017-ci illərdə də muğam müsabiqələri keçirildi və müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırıldı.
2008-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan muğamına həsr edilən daha bir nəşri - “Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü gördü.
Fond tərəfindən muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini, dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilir. “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunub.
Dünyada ilk dəfə ölkəmizin paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində təşkil olunan respublika Muğam Müsabiqəsində, Beynəlxalq Muğam Müsabiqəsində və beynəlxalq elmi simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar, eləcə də dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etdilər.
Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan muğamının təbliğinə və inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyeva bu təkrarsız sənət haqqında deyib: “Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hislər muğam fəlsəfəsinin əsasındadır. Odur ki desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir, - səhv etmərəm”.
Hələ qədim zamanlardan muğam dinləməkdən zövq alan azərbaycanlılar bu sənəti qoruyan, yaşadan, inkişaf etdirən sənətkarlara da hər zaman çox böyük hörmət, ehtiram bəsləyiblər. Texnikanın inkişaf etmədiyi vaxtlarda xanəndələrin möhtəşəm ifalarını lentə almaq, gələcək nəsillər üçün qorumaq mümkün olmasa da, xalq görkəmli sənətkarlarının adını, ifa tərzini yaşadıb. Onların sənət yolları ardıcılları tərəfindən davam və inkişaf etdirilib. Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, İslam Rzayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Yavər Kələntərli, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa istedadlı xanəndələr muğam sənətimizi ustad sənətkarlardan öyrənərək özlərinə məxsus səsləri, ifaları ilə ona yeni çalarlar qatdılar.
Bu gün də Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında peşəkar musiqiçilərimizin və xanəndələrimizin rolu diqqətəlayiqdir. Onların dünyanın əksər ölkələrinin konsert salonlarında müxtəlif milli mənsubiyyətə, fərqli dilə mənsub tamaşaçıların qarşısında ifa etdikləri muğamlar musiqisevərlərin qəlbini riqqətə gətirir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM