Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:10 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan mədəniyyəti fransızları heyran edir
Azərbaycan mədəniyyəti fransızları heyran edir
ANA SƏHİFƏ / Mədəniyyət
05:08 26.08.2018

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda keçirilən “Azərbaycan mədəniyyəti günləri” bunu bir daha təsdiqləyir

 

Azərbaycan mədəniyyəti həmişə bəşəriyyətə açıq olub. Çünki o, bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdırsa, digər tərəfdən Qərb mədəni dəyərlərini özündə ehtiva edir. Eyni zamanda Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər tarixi təcrübəsi var. Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də mədəniyyət siyasətində xüsusi yer tutur. Milli mədəniyyətimizin dünya xalqlarının mədəniyyəti ilə sıx əlaqəsi, sadəcə, deklorativ bir müddəa şəklində bəyan edilmir. Bunu beynəlxalq təşkilatlarla - UNESCO, ISESCO, TÜRKSOY, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən, evsahibliyi etdiyimiz beynəlxalq layihələr, tədbirlər də təsdiqləyir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində növbəti dəfə keçirilən ənənəvi “Azərbaycan mədəniyyəti günləri” də bu baxımdan böyük əhəmiyyət daşıyır. Mədəniyyət günləri çərçivəsində iyulun 14-də Kanndakı Festivallar və Konqreslər Sarayında Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılış mərasimi olub.
Tədbirdə Kann şəhəri merinin müavini Frank Şıkli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, eləcə də ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər. Artıq ənənəvi olaraq Fransada keçirilən “Azərbaycan mədəniyyəti günləri”nin əhəmiyyətindən söz açılarkən qeyd edilib ki, bu layihə xalqlarımızı bir-birinə yaxınlaşdırmaqla yanaşı, mədəniyyət xəzinəmizi, tariximizi dərindən tanıtmağa imkan yaradır, ikitərəfli münasibətləri daha da zənginləşdirir.
Fransanın milli bayramında açılışı keçirilən “Azərbaycan mədəniyyəti günləri” dostluq, qarşılıqlı maraq və hörmətə əsaslanan müxtəlif sahələri əhatə edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açılıb və mədəniyyət sahəsindəki əlaqələrin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə əməkdaşlığın indiki səviyyəyə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olduğu diqqətə çatdırılıb.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olduğu dövrdə, Heydər Əliyev Fondunun prezidenti, hazırda isə ölkəmizin Birinci vitse-prezidenti kimi Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verib. Məhz onun şəxsi təşəbbüsü və dəstəyi ilə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilib: “2018-ci il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il biz müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Yüz il bundan əvvəl Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Heydər Əliyev Fondu ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisəyə həsr edilmiş silsilə tədbirlərin təşkilatçısı kimi də tanınır. Təsadüfi deyil ki, bu tarixi hadisəyə həsr olunmuş ilk tədbir məhz Parisdə keçirilib”.
Mədəniyyət günləri çərçivəsində iki görkəmli sənətkarın “Məhəbbət tandemi” adı ilə keçirilən sərgisi Azərbaycanın əməkdar incəsənət xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illiyinə həsr edilib. Çünki Lətif Feyzullayevlə Vəcihə Səmədova cütlüyünün yaradıcılıq irsi ölkəmizin gözəl məkanlarını və xalqımızın həyat tərzini əks etdirir. Sərgidə cütlüyün 50-dən çox əsərinin nümayiş olunması da bu mənada təsadüfi deyildir.
Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrdən bəhs edən, bu fondun iki xalqın yaxınlaşmasında oynadığı rolun əhəmiyyətindən danışan respublikamızın Fransadakı səfiri Rəhman Mustafayev Birinci vitse-prezident Mehriban Əliyevanın Kannda mədəniyyətimizin təşviqinə və bu şəhərlə əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb.
Xatırlatmaq yerinə düşərdi ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” 2013-cü ildən keçirilir. Azərbaycanın tarixi, mədəniyyəti və incəsənətinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə həsr olunan layihə çərçivəsində müxtəlif sərgilər, konsert proqramları təşkil edilir.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun Fransanın müxtəlif regionlarında və şəhərlərində ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirləri silsilə xarakterlidir. Ölkəmizi tanıdan, Azərbaycan reallıqlarını avropalılara çatdıran tədbirlər isə çox böyük maraqla qarşılanır.
“Nümayiş olunan əsərlərdə XIX əsr fransız rəssamlarının, xüsusilə də Ejen Delakruanın və Klod Monenin yaradıcılığının elementlərini gördüm”, - deyən Fransa Bank Qrupu Şurasının keçmiş direktoru Alen Bezye “Məhəbbət tandemi” sərgisi barədə təəssüratlarının çox olduğunu xüsusi vurğulayıb: “Sərgidə nümayiş olunan əsərlər çox gözəldir. Təşkil olunan tədbirlər sayəsində Kann şəhərinin sakinləri Azərbaycanı, mədəniyyətini yaxından tanıyırlar. Belə tədbirlər vasitəsilə təkcə kannlılar deyil, şəhərimizə gələn turistlər də Azərbaycan mədəniyyəti ilə tanış olurlar”.
Sen Trope şəhərindən gəlmiş xanım Düran-Veyl, “Lions Clubs International” klubunun nümayəndəsi Kristin Maqri də sərgi barədə təəssüratlarını bölüşərkən deyiblər ki, “Məhəbbət tandemi” çox gözəldir və maraqlıdır. Elə bilin ki, Azərbaycana səyahət etdik. Tablolar, xüsusilə də portretlər sanki insanla danışır. Bu sərgiyə gələrkən müsbət mənada təəccüblənəcəyimizi gözləmirdik. Çox gözəl əsərlərdir”.
Bir qrup nümayəndə ilə sərgiyə qatıldıqlarını söyləyən Kristin Maqri əlavə olaraq deyib ki, Azərbaycan mədəniyyətini çox sevir və onunla yaxından maraqlanır: “Azərbaycan folklorunu da orijinallığına görə az sevmirik. Hətta bir neçə il əvvəl Nitsa şəhərində Azərbaycan caz musiqiçilərinin konsertini də təşkil etmişdik”.
Belə müsbət fikirdə olanlardan biri də “Sylvie Nissen Sarl” şirkətinin direktoru Yann dö Sen Sülpis olub. O, sərgini böyük maraqla qarşıladığını bildirib: “Portretlərdə insanların üzlərinin ifadəsi çox zəngindir və bu, həssaslıqla çəkilib. Rəng seçimi yüksək səviyyədədir. Azərbaycan incəsənət nümayəndələri istedadları ilə seçilir”.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM