Alternative content

00:17 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzinin parkında muğam-caz konserti olub
Heydər Əliyev Mərkəzinin parkında muğam-caz konserti olub
ANA SƏHİFƏ / Mədəniyyət
12:08 26.08.2018

Heydər Əliyev Mərkəzinin parkında həftəsonu tədbirlər çərçivəsində növbəti konsert olub. Bu dəfə tamaşaçılara muğam-caz konserti təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Xalq artistləri, xanəndələr Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Əməkdar artistlər, xanəndələr Qoçaq Əsgərov, Səbuhi İbayev, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, tarzən Sahib Paşazadə, pianoçu Emil Əfrasiyab, gənc muğam ifaçısı Rəvanə Qurbanova və digər ifaçılar tamaşaçılara muğamlar, “Leyli və Məcnun” operasından duet, muğam-caz kompozisiyaları təqdim ediblər.

Sonda konsertdə iştirak edən incəsənət ustalarının ifasında “Bura Azərbaycandır” mahnısı təqdim olunub.