26 Avqust 2018 12:08
154
SİYASƏT
A- A+

Azərbaycana, yoxsa Əfqanıstana gəldiyini bilməyən alman jurnalisti bizə demokratiya dərsi keçmək istəyir

Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin birgə mətbuat konfransı zamanı alman jurnalistlərindən birinin verdiyi sual göstərdi ki, o harada – Azərbaycanda, yoxsa Əfqanıstanda olduğunu bilmir, amma bizə demokratiya dərsi keçmək istəyir.

AZƏRTAC jurnalistin sualını olduğu kimi təqdim edir: “Bu yaxınlarda, müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə, Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı?”

Almaniya kimi inkişaf etmiş bir ölkənin özünü hamıdan üstün sayan KİV nümayəndəsinin harada olduğunun fərqinə varmaması həm təəccüb doğurur, həm də inanılmaz görünür. Bu, onun qeyri-peşəkarlığının, savadsızlığının göstəricisidir, yoxsa sayğısızlığının? Demək çətindir. Hər halda öz ölkəsinin hökumət başçısının səfərini işıqlandıran bir jurnalistin bu cür kobud səhvi gülünc görünür, Almaniya mediasının üzərinə kölgə salır.

İndiki halda inandırıcı görünən odur ki, bu sual Azərbaycanı sevməyən, onun demokratik inkişafını gözü götürməyən hansısa dairələrin sifarişidir və onlar tərəfindən hazırlanaraq jurnalistə ötürülüb. O da fərqinə varmadan Azərbaycan əvəzinə Əfqanıstan deyib. Bu cür jurnalistlərə məsləhət görərdik ki, səfər etməzdən əvvəl heç olmasa hara getdiklərini öyrənsinlər. Yoxsa Bakıda olduğu kimi, özlərini gülünc vəziyyətə salarlar.

Azərbaycan Prezidenti növbəti dəfə öz yüksək mədəniyyətini nümayiş etdirərək bu səhvi müxbirin üzünə vurmadı. Öz ətraflı cavabı ilə Azərbaycanın demokratik dəyərlərə sadiq ölkə olduğunu, bütün azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini, fərqli baxışa görə heç kimin təqib olunmadığını, heç kimin cəzalandırılmadığını konkret faktlarla əsaslandırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video