Alternative content

05:57 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Koreya Respublikası parlamentlərarası əlaqələri müzakirə olunub
Azərbaycan-Koreya Respublikası parlamentlərarası əlaqələri müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
07:08 25.08.2018

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bu ölkənin parlamentinin sədri Mun Hi-sanq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə R.Teymurov Mun Hi-sanqı Koreya parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Səfir Azərbaycan-Koreya əlaqələrinin inkişafında parlament diplomatiyasının roluna toxunaraq, ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi və yeni mərhələyə çatdırılması istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Diplomat iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində, həmçinin yüksək səviyyəli səfərlərin əhəmiyyətli olduğunu qeyd edib, 2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Koreyaya rəsmi səfərinin qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb, Mun Hi-sanqın Koreya parlamentinin sədri kimi fəaliyyəti dövründə Azərbaycana səfərinin arzu edildiyini bildirib.

R.Teymurov 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini və bu çərçivədə bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirildiyini söyləyib.

Koreya Parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, hər iki xalqın tarixində və mədəniyyətində mövcud olan bu kimi vacib hadisələrlə bağlı keçirilən müxtəlif tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında əhəmiyyətli rol oynadığını söyləyib. Mun Hi-sanq ötən illər ərzində Azərbaycan və Koreya arasında əlaqələrin inkişaf etdiyini və xüsusilə qanunverici orqanlar arasında intensiv təmasların mövcud olduğunu təsdiq edib və parlamentin yeni sədri olaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə çalışacağını bildirib. O, Azərbaycanda səfərdə olmuş deputat həmkarlarından, xüsusilə Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərindən ölkəmiz haqda xoş təəssüratlar duyduğunu dilə gətirib.

Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasında yaranmış mövcud siyasi vəziyyət və Azərbaycan-Ermənistan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.