25 Avqust 2018 07:08
153
İQTİSADİYYAT
A- A+

Xarici borcun ÜDM-ə nisbəti 14 faiz, daxili borcun ÜDM-ə nisbəti isə 16,7 faizdir

Azərbaycanda dövlət zəmanəti ilə cəlb olunmuş xarici borcun ÜDM-ə nisbəti 14 faiz, daxili borcun ÜDM-ə nisbəti isə 16,7 faizdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə qeyd edilir ki, bu ilin əvvəlinə dövlət təşkilatlarının dövlət zəmanəti ilə cəlb olunmuş borclarının ümumi məbləği 21 milyard 561,4 milyon manat təşkil edib. Dövlət zəmanəti ilə cəlb olunmuş məcmu borcun 9 milyard 849,2 milyon manatı (5 milyard 793,3 milyon ABŞ dolları) və ya 45,7 faizi xarici borcun, 11 milyard 712,2 milyon manatı və ya 54,3 faizi isə daxili dövlət zəmanəti ilə cəlb olunmuş borcun payına düşür. Dövlət zəmanəti ilə cəlb olunmuş xarici borcun ÜDM-ə nisbəti 14 faiz təşkil edir.

Hazırda mövcud olan dövlət zəmanəti ilə xaricdən cəlb olunmuş borc öhdəliklərinə əsasən, “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi xərcləri (3 milyard 147,3 milyon dollar), “Azərenerji” ASC (928,2 milyon dollar), “Azərbaycan Dəmir Yolları” QSC (478,9 milyon dollar), SOCAR (460,6 milyon dollar) və sair təşkilatların (778,3 milyon dollar) xarici maliyyə mənbələrindən dövlət zəmanəti ilə cəlb etdikləri kreditlər daxildir.

Daxili dövlət zəmanətli borcun tərkibinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın toksik aktivlərinin alınması üçün “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən buraxılmış qiymətli kağızlara verilmiş dövlət zəmanəti (10 milyard 590,5 milyon manat), SOCAR-ın bir sıra qaz yataqlarında qazma işləri ilə əlaqədar həyata keçirdiyi layihələrin maliyyələşməsinə verilən dövlət zəmanəti (321,7 milyon manat) və bank-maliyyə sisteminə etibarın artırılması və qorunan bank əmanətlərinin vaxtında təmin edilə bilməsi məqsədilə maliyyə təminatının yaradılması üçün Əmanətlərin Sığortalanması Fondunun xeyrinə buraxılmış sadə veksel (800 milyon manat) üzrə borclar daxildir. Dövlət zəmanəti ilə cəlb olunmuş daxili borcun ÜDM-ə nisbəti 16,7 faizdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video