Alternative content

12:10 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransada ət istehsalçıları vegetarian festivalının ləğv edilməsinə nail olub
Fransada ət istehsalçıları vegetarian festivalının ləğv edilməsinə nail olub
ANA SƏHİFƏ / DÜNYA
07:08 25.08.2018

Fransanın Kale şəhərinin administrasiyası vegetarianların sentyabr ayına nəzərdə tutulan festivalını ləğv edib.

AZƏRTAC The Local France portalına istinadla xəbər verir ki, təşkilatçıların sözlərinə görə, hökumət bu addımı ovçuların və ət məmulatı istehsalçılarının “aqressiv təhdidləri” səbəbindən atıb. Kale şəhərinin meriyası onların planlaşdırdığı müştərək etiraz aksiyasının ictimai asayişi pozacağından ehtiyatlanır.

Əsas ideyası heyvan mənşəli bütün növ qidalardan imtina etmək olan vegetarianlıq son zamanlar Fransada xeyli populyarlıq qazanıb. Ət istehsalçıları və fermerlər hesab edirlər ki, vegetarianlar və bu hərəkatı dəstəkləyən KİV-lər öz həyat və qida tərzlərini cəmiyyətə sırımağa çalışırlar. Bundan başqa, aprel ayında vandallar Pa-de-Kaledə bir neçə ət dükanına da hücum ediblər.

Bununla əlaqədar ət istehsalçılarının həmkarlar ittifaqının lideri Jan Fransua Gihard ət istehsalı sahəsində normal iş şəraitinin təmin olunması tələbi ilə Fransanın Daxili İşlər Nazirliyinə müraciət edib.