25 Avqust 2018 07:08
485
İDMAN
A- A+

Azərbaycan Respublikası Atçılıq Federasiyası cıdır yarışı keçirib

Avqustun 25-də Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) Binə Atçılıq Mərkəzində yerləşən hippodromda cıdır yarışı keçirib.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, dörd qaçışdan ibarət cıdır yarışında dörd yaş Qarabağ və Dilbaz atları 2400 metr məsafədə qrup üzrə “Derbi”, üç yaş ingilis atları 2400 metr məsafədə qrup üzrə “Derbi”, iki yaş ingilis atları 1400 metr məsafədə, dörd yaş və yuxarı ingilis atları isə 2400 metr məsafədə qrup üzrə ARAF kuboku uğrunda güclərini sınayıb.

Dörd yaş Qarabağ və Dilbaz atlarının “Derbi” qaçışında jokey Azər Əliyev “Dəmir” ləqəbli atla birinci yerin (3:01.064) və “Derbi” kubokunun sahibi olub. Jokey Hilal Nəzərov “Netron” ləqəbli atla ikinci yerə (3:02.671), jokey Rauf Tahirov “Şahmar” ləqəbli atla üçüncü yerə (3:07.130) çıxıb.

Üç yaş ingilis atlarının “Derbi” qaçışında jokey Hilal Nəzərov “Bahr” ləqəbli atla birinci yerə (2:37.680) və “Derbi” kuboka layiq görülüb. Jokey Azər Əliyev “Atilla” ləqəbli atla ikinci yeri (2:39.646), jokey Orxanbəy Hacıyev “Prince” ləqəbli atla üçüncü yeri (2:39.772) tutublar.

Dörd yaş və yuxarı ingilis atlarının qaçışında jokey Hilal Nəzərov “Majestic Warrior” ləqəbli atla birinci pilləyə yüksəlib (2:37.977) və ARAF kubokunu qazanıb. Jokey Rauf Tahirov “Şəfəqim” ləqəbli atla ikinci yerdə (2:38.047), jokey Orxanbəy Hacıyev “Butsefal” ləqəbli atla üçüncü yerdə (2:38.277) qərarlaşıb.

İki yaşlı ingilis atlarının yarışında jokey Hilal Nəzərov “Mismambo” ləqəbli atla birinci yeri (1:33.137), jokey Orxanbəy Hacıyev “Matilda” ləqəbli atla ikinci yeri (1:34.466), jokey Azər Əliyev “Quida” ləqəbli atla üçüncü yeri (1:35.744) tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video