Alternative content

09:59 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Samur” gömrük postunda yaranan nisbi sıxlığın səbəbi müəyyən olub
“Samur” gömrük postunda yaranan nisbi sıxlığın səbəbi müəyyən olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
07:08 25.08.2018

Avqustun 24-dən etibarən Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük-sərhəd keçid məntəqəsində fasilələrlə nisbi sıxlıqlar yaranır. Sıxlıqların yaranmasına səbəb Azərbaycana səyahət edən Rusiya vətəndaşlarının orta ümumtəhsil məktəblərində dərs prosesinin sentyabrın 1-də başlaması ilə əlaqədar kütləvi şəkildə geri qayıtmasıdır.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya tərəfdəki gömrük-sərhəd keçid məntəqəsinin buraxılış potensialından dəfələrlə çox insanın kütləvi şəkildə sərhədi keçmək istəməsi qarşı tərəfdə problemlərin yaranmasına səbəb olur. Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranan problemlər qarşı tərəfin əlaqədar qurumları ilə aparılan intensiv danışıqlar nəticəsində qısa zaman kəsiyində aradan qaldırılır.