Alternative content

14:30 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SOCAR və Almaniyanın “Uniper” şirkəti razılaşma imzalayıb
SOCAR və Almaniyanın “Uniper” şirkəti razılaşma imzalayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
07:08 25.08.2018


Hər iki şirkət Azərbaycanda enerji səmərəliyini artırmaq istəyir

 

Almaniyanın “Uniper SE” şirkəti və SOCAR Azərbaycanın neft-qaz istehsalında enerji səmərəliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaq. Hər iki şirkət Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfəri zamanı, avqustun 25-də müvafiq razılaşma imzalayıb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, alman enerji təchizatçısı və SOCAR artıq 5 ildir ki, sıx əməkdaşlıq edir. Yeni razılaşmanın məqsədi, ilk növbədə, Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır.

İlkin araşdırmalar göstərib ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür.

“Uniper” şirkətinin idarə heyətinin üzvü Kristofer Delbrük deyib: “Yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır. Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcək. “Uniper” və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: “Almaniyanın aparıcı şirkətlərindən biri olan “Uniper” ilə həyata keçirdiyimiz strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaradıb. Enerji səmərəliyinin artırılması ətraf mühitin qorunması ilə yanaşı, həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin “Cənub Qaz Dəhlizi” layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir”.

SOCAR və “Uniper” şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlayıb. 2045-ci ilədək hər il 1,5 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.

Sənaye səmərəliyi sahəsində SOCAR və “Uniper” şirkətləri 2015-ci ildə birgə müəssisə yaradıb. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini Hermes eksport kredit zəmanəti ilə dəstəkləyib. Təqribən 30 milyon avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.

“Uniper” və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər və sair.