Alternative content

13:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqton Aİ-nin İrana maliyyə yardımı göstərməsindən narahatdır
Vaşinqton Aİ-nin İrana maliyyə yardımı göstərməsindən narahatdır
ANA SƏHİFƏ / DÜNYA
12:08 25.08.2018

ABŞ hakimiyyət orqanları hesab edir ki, Avropa İttifaqı (Aİ) rəhbərliyinin İranla iqtisadi əlaqələri genişləndirmək məqsədilə Tehrana 18 milyon avro ayırmaq niyyəti səhv addımdır. Bu bəyanatla ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk çıxış etmişdir.

Hukun fikrincə, Aİ-nin maliyyə yardımı “İran rejiminə öz xalqının ehtiyaclarına məhəl qoymamağı davam etdirmək imkanı verir”. O qeyd etmişdir ki, ABŞ və Aİ “İran xalqını dəstəkləyəcək və İran hakimiyyət orqanlarının regionda təhlükəsizliyi təhdid etməsinə son qoyacaq” uzunmüddətli həll yolu axtarıb tapmaq üçün birgə işləməlidir.

Xatırladaq ki, avqustun 23-də Avropa Komissiyası İrana 18 milyon avro məbləğində maliyyə yardımı ayırmaq barədə qərar qəbul etmişdir. Bu qərar ölkəyə 50 milyon avroluq yardım paketi çərçivəsində ilk addımdır.